Sığortaçı: "Türkiyədəki kimi zəlzələ Bakıda olarsa, ölkəyə 50 milyard dollarlıq zərər dəyə bilər"

Redaktor

14.02.2025 16:35
448

Sığortaçı: "Türkiyədəki kimi zəlzələ Bakıda olarsa, ölkəyə 50 milyard dollarlıq zərər dəyə bilər"

Bakıda Türkiyədəki kimi zəlzələ baş versə, ölkəyə 50 milyard ABŞ dolları məbləğində zərər vuracaq.

Bunu ölkənin sığorta şirkətlərindən birinin Direktorlar Şurasının sədri Rəşad Əhmədov Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

"Katastrofik risklərin idarə edilməsi çərçivəsində yaxın tarixə baxsaq, 1999-cu ilə Türkiyənin Mərmərə bölgəsində baş vermiş zəlzələ nəticəsində 20 milyard dollarlıq birbaşa, 50 milyard dollarlıq isə bilavasitə zərər oldu. Halbuki, bu dövrdə ümumi zərərin 10 %-i belə sığortalı deyildi. Odur ki, yükün böyük hissəsi dövlətin üzərinə düşdü. 2023-cü ildə baş vermiş Kahramanmaraş zəlzələsi zamanı isə 105 milyard dollarlıq zərər ortaya çıxdı. Bu zərərin yalnız 5 milyard dollarını sığorta şirkətləri qarşıladı.

Azərbaycanla müqayisə aparmağa çalışıram. Düzdür, Türkiyənin ərazisi böyükdür, ancaq bu o demək deyil ki, biz onlardan 10 dəfə kiçik əraziyə malik olduğumuz üçün zərər 10 dəfə az olacaq. Müqayisə üçün deyə bilərəm ki, təkcə Bakıdakı Heydər Əliyev Mərkəzinin və Alov Qüllələri Kompeksinin inşasının dəyəri 1 milyard ABŞ dollarından çoxdur. Son 20 ildə Bakıda dövlət sifarişi ilə tikilən, bundan başqa özəl şirkətlərin inşa etdiyi binalar var. Zəlzələ baş verdikdə nə qədər böyük kotostrofik risklə qarşı-qarşı qaldığımızı təsəvvür edə bilərsiniz. Nəzərə alaq ki, Azərbaycanda bu risklərin heç 10 %-i sığortalanmayıb. Digər 90 % necə qarşılanacaq, iqtisadiyyat necə bir yüklə qarşı-qarşıya qalacaq, bu pulu haradan tapacağıq, bütün bunlar sualdır", - deyə o qeyd edib.

©report

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan bazarına yeni gələn xarici şirkət marketinqdə nələri nəzərə almalıdır?

31.03.2026

"Bitcoin" üçün müsbət dinamika - bahalaşır

31.03.2026

“Baku Steel Company”nin ixrac gəliri 1,3 milyon dollar artıb

31.03.2026
"Universiteti bitirdiyi il ixtisası üzrə ilk işinə başlayanlara sınaq müddəti qoyula bilməz"

"Universiteti bitirdiyi il ixtisası üzrə ilk işinə başlayanlara sınaq müddəti qoyula bilməz"

31.03.2026

Daha bir rayonda kütləvi ixtisar - 46 nəfər işsiz qaldı

31.03.2026

Sumqayıtda 1242 mənzilli yarımçıq tikili hərraca çıxarılır - QİYMƏTLƏR

31.03.2026

Azərbaycan neftinin qiyməti rekord qırdı - 128 dolları keçdi

31.03.2026

ABŞ-də benzinin qiyməti son dörd ildə ilk dəfə 4 dolları keçib

31.03.2026

Türk lirəsi dəyər itirir

31.03.2026

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - “Global Terrorism Index 2026” açıqlandı

31.03.2026

Azərbaycanda hansı nəqliyyat vasitələri daha çox istehsal olunub?

31.03.2026

İnvestor cəlb etmədən milyardlıq biznes qurdu - SƏHƏR OXUSU

31.03.2026

​Jeff Bezos-un riskləri şişirtmək və imkanları kiçiltməkdən yayınmağının 4 yolu

30.03.2026

Şokolad idxalının həcmi 37%-dən çox azaldı

30.03.2026

Çay ixracından ölkəyə daxil olan valyuta 56 min dollar artıb

30.03.2026

Pulun gələcəyi necə olacaq? – Ekspertlərdən yeni proqnozlar

30.03.2026

Kulevidəki NEZ Azərbaycan üzərindən Rusiya neftindən tam imtina etmək niyyətindədir

30.03.2026

“eMed” startapı 200 milyon dollar investisiya alıb

30.03.2026

Tikinti sahəsində investisiyalar 47,9 milyon manat azalıb

30.03.2026

TAP vasitəsilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb

30.03.2026

Məzənnə

Yüklənir...