Redaktor
Sem Altman "Merge Labs"a 250 milyon dollar yatırır - "Neuralink"ə rəqib olan startap
"OpenAI"ın baş direktoru Sem Altman beyin-kompüter interfeysləri üzərində çalışan və açıq şəkildə İlon Maskın "Neuralink" şirkətinə rəqib olmağı hədəfləyən "Merge Labs" startapına sərmayə yatırır.
Valyuta.Az-ın verdiyi xəbərə görə, "Merge Labs"ın dəyəri 850 milyon dollar olaraq qiymətləndirilir və şirkət bu mərhələdə 250 milyon dollar cəlb edir. Bu məbləğin əhəmiyyətli hissəsinin "OpenAI"ın vençur bölməsi tərəfindən təmin ediləcəyi bildirilir.
"Merge Labs" Sem Altman və rəqəmsal identifikasiya layihəsi "Worldcoin" ilə tanınan Alek Blaniya (Alex Blania) tərəfindən təsis edilib. Cəlb olunan vəsaitlərin elmi-tədqiqatların dərinləşdirilməsinə, klinik sınaqların keçirilməsinə və texnologiyaların kommersiya istifadəsinə hazırlanmasına yönəldilməsi planlaşdırılır. Beyin-kompüter interfeysləri (BCI) sahəsində liderlik uğrunda yarış bu onilliyin əsas texnoloji mübarizəsinə çevrilə bilər. Mask və Altmanın bu prosesdə iştirakı isə marağı daha da artırır.
"Merge Labs"ın əsas rəqibi olan "Neuralink" 2016-cı ildə İlon Mask tərəfindən təsis olunub və bu yaxınlarda şirkət 9 milyard dollar dəyərində qiymətləndirilərək 650 milyon dollar sərmayə cəlb edib.
Aydın
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Atəşgah Həyat”ın ilk 4 aylıq ödənişləri və yığımları - CƏDVƏL
13.06.2026Sürətli qazancın gizli bədəli: Qısamüddətli mənfəət naminə etimadı itirməyin
13.06.2026Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb
13.06.2026Ödənişlərdə ən çox hansı kartlardan istifadə olunub? - CƏDVƏL
13.06.2026BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib
13.06.2026Azərbaycan nefti ucuzlaşıb
13.06.2026Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
13.06.2026Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb
13.06.2026Dünya fond bazarlarının əsas indeks göstəriciləri
13.06.2026