Redaktor
Sem Altman "OpenAI"ı kommersiya şirkətinə çevirməyəcək
Sem Altman "OpenAI"nı kommersiya strukturuna çevirməyəcəyini bəyan edib.
Valyuta.az xəbər verir ki, bu qərarın şirkətin missiyası ətrafında illərlə davam edən mübahisələrə və İlon Maskla bağlı məhkəmə çəkişmələrinə son qoyacağı bildirilir.
"OpenAI" 2015-ci ildə süni intellektin inkişafı məqsədilə qeyri-kommersiya təşkilatı kimi yaradılıb. Onun həmtəsisçilərindən biri İlon Mask olub. 2018-ci ildə Mask Sem Altmanla fikir ayrılığına görə şirkətdən ayrılıb və 2019-cu ildə qeyri-kommersiya təşkilatına tabe olan "OpenAI LLC" adlı kommersiya qurumu təsis edilib.
2022-ci ildə "ChatGPT"nin istifadəyə verilməsindən sonra şirkətin fəaliyyəti daha kommersiya yönümlü xarakter alıb. Bu dəyişikliklərin fonunda ötən ilin avqust ayında cənab Mask "OpenAI" rəhbərliyini və şəxsən baş direktor Altmanı ilkin missiyanı təhrif etməkdə ittiham edərək məhkəməyə müraciət etmişdi. Sonradan məlum olub ki, "OpenAI" doğrudan da restrukturizasiya planlaşdırır və bu dəyişikliklər nəticəsində şirkətin fəaliyyətinə nəzarətin kommersiya strukturuna keçməsi nəzərdə tutulur.
Bu günkü açıqlamasında Altman bildirib ki, bundan sonra "OpenAI LLC" ictimai maraqlara xidmət edən korporasiya (PBC) statusuna keçiriləcək. Qurum əvvəlki kimi qeyri-kommersiya təşkilatına tabe qalacaq və "OpenAI PBC"də nəzarət səhm paketi həmin təşkilatın əlində olacaq.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər2026-cı ildə uzunmüddətli istifadə üçün alınmalı 4 kompakt avtomobil
13.06.2026Dörd ayda Çindən idxal 1,47 milyard dollara çatıb
13.06.2026“Atəşgah Həyat”ın ilk 4 aylıq ödənişləri və yığımları - CƏDVƏL
13.06.2026Sürətli qazancın gizli bədəli: Qısamüddətli mənfəət naminə etimadı itirməyin
13.06.2026Yüklərin sığortalanması üzrə sığorta haqları 455 min manat artıb
13.06.2026Ödənişlərdə ən çox hansı kartlardan istifadə olunub? - CƏDVƏL
13.06.2026BƏƏ İranın 10 milyard dollarlıq aktivlərinin dondurulmasını ləğv etmək qərarına gəlib
13.06.2026Azərbaycan nefti ucuzlaşıb
13.06.2026Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
13.06.2026Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb
13.06.2026Dünya fond bazarlarının əsas indeks göstəriciləri
13.06.2026