Satıcı 1,5 milyon avroluq uduşu qazanan müştərini aldadıb

Redaktor

21.03.2026 10:07
86

Satıcı 1,5 milyon avroluq uduşu qazanan müştərini aldadıb

Bavariyada bir kişi lotereyada qazandığı 1.5 milyon avroluq uduşdan yanacaqdoldurma məntəqəsinin əməkdaşının hərəkətinə görə məhrum olub.

Valyuta.az "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Hadisə 2024-cü ilin aprelində Qrasbrunn qəsəbəsində baş verib. Yerli sakin "Spiel 77" lotereyasına aid biletini yoxlatmaq üçün yanacaqdoldurma məntəqəsinə təqdim edib. Kassir Patrik D. biletdə 1 477 777 avro məbləğində böyük uduş olduğunu görsə də, müştəriyə heç nə qazanmadığını bildirib. Bundan sonra kişi bileti kassanın üzərində qoyaraq məntəqəni tərk edib. İşçi isə bileti götürərək iyul ayında mükafatı almaq üçün lotereya qərargahına müraciət edib.

Lakin "qalib"lə aparılan müsahibə zamanı şübhələr yaranıb. Mütəxəssislər müəyyən ediblər ki, həmin şəxs bileti təqdim edilən satış nöqtəsində işləyib. Qaydalara görə isə əməkdaşların öz iş yerlərində lotereya bileti almasına icazə verilmir. Bu səbəbdən lotereya təşkilatı ödənişdən imtina edib və hadisə barədə polisə məlumat verilib.

Araşdırma nəticəsində biletin əslində başqa şəxsə məxsus olduğu təsdiqlənib. Lakin biletin əsl sahibi hələ müəyyən edilməyib və çek olmadığı halda həmin şəxs uduşu tələb edə bilməyəcək.

Məhkəmə prosesi 2026-cı ilin martında Münhen Dairə Məhkəməsində keçirilib. Patrik D. məhkəmə qarşısında təqsirini etiraf edib və dələduzluq maddəsi ilə 15 ay şərti cəzaya məhkum olunub.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Şimşək çaxacaq, yağış yağacaq, duman olacaq

21.03.2026

Neftimizin qiyməti bahalaşıb

21.03.2026

Azərbaycan pambıq ipliyi istehsalını 63%-dən çox artırıb

21.03.2026

Satıcı 1,5 milyon avroluq uduşu qazanan müştərini aldadıb

21.03.2026

2 dəqiqə ərzində yuxuya getmək üçün “Hərbi yuxu metodu”

20.03.2026

Azərbaycanda bankdan 400 min manat ələ keçirən Rusiya vətəndaşı həbs edildi

20.03.2026

Nazir müavini təyin olunan Rəşad Həsənov kimdir? - DOSYE

20.03.2026

Bu çağırışçılar 1 il müddətinə zabit kimi orduda xidmət edəcək

20.03.2026

Çoxfunksiyalı süni intellekt köməkçisi “Monica” istifadəyə verildi

20.03.2026

ABŞ və Yaponiya arasında 73 milyard dollarlıq razılaşma

20.03.2026

İlham Əliyev və Şahbaz Şərif telefonla danışdı

20.03.2026

Çox işləyib, az maaş alırsınızsa, bu problemləri həll etməlisiniz

20.03.2026

Azərbaycan neftinin qiyməti 123 dollara yaxınlaşıb

20.03.2026

2026-cı ildə bəzi ölkələr köçənlərə pul verir – Siyahı açıqlanıb

20.03.2026

İki qardaşın davası nəhəng brend yaratdı - SƏHƏR OXUSU

20.03.2026

Geyimlərə çəkilən xərc 68 milyonu keçdi

19.03.2026

Tim Kuk açıqladı: "Apple"dan ayrılacaq?

19.03.2026

Populyar Al alətlərini təqlid edən yeni zərərli proqramlar aşkarlandı

19.03.2026

İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb

19.03.2026

Meyvə-tərəvəz ixracı 144 milyon dolları ötüb

19.03.2026

Məzənnə

Yüklənir...