Redaktor
Rəqəmsal etika nədir və niyə olmalıdır?
Şahin Dəniz
Rəqəmsal marketinq mütəxəssisi
Sosial şəbəkələrdə süni intellekt (xüsusilə generativ AI) ilə yaradılan videoların sayı sürətlə artır. Təəssüf ki, bu kontentin bir qismi bayağı, etik sərhədləri aşan və tez diqqət çəkən – yəni belaltı mövzulardan ibarət olur. Bu tendensiyanın arxasında həm texnologiyanın əlçatanlığı, həm də insanların sosial media alqoritmlərində görünürlük uğrunda mübarizəsi dayanır.
Bu texnologiya cəmiyyət üçün bir neçə əsas zəmin yaradır. Gəlin bir də belə səciyyələndirim:
1. Dəyərlərin aşınması riski - AI ilə yaradılan məzmunların etik sərhədləri pozması, uzunmüddətli perspektivdə cəmiyyətin normalarını dəyişə bilər. İnsanlar şok effekti yaratmaq üçün getdikcə daha "sərt" və məsuliyyətsiz məzmunlar istehsal edir.
2. İstehsalın demokratikləşməsi - Hər kəs, istənilən texniki bilik səviyyəsində belə kontent yarada bilir. Bu həm müsbət, həm də mənfi haldır: sənətkarlar üçün imkanlar açılır, amma eyni zamanda keyfiyyətsiz və mənəvi dəyəri olmayan kontent də çoxalır.
3. Reallıq və yalan arasındakı sərhədlərin incəlməsi - Deepfake, AI voice-over, google veo və digər texnologiyalar vasitəsilə insanlar real olmayan, amma inandırıcı görüntülər və səslər yaradır. Bu, dezinformasiyanın və manipulyasiyanın artması üçün zəmin yaradır.
4. Yeni etik standartlara ehtiyac - Hazırda hüquqi və etik normalar bu texnologiyanın sürətinə çatmır. Cəmiyyət bu məsələlərə dair kollektiv şəkildə düşünməli və yeni "rəqəmsal etika" anlayışını formalaşdırmalıdır.
5. Sosial normalara qarşı qiyam - Belaltı zarafatlarla dolu AI videolar bəzən bir növ sosial “etiraz” və ya sərbəst ifadə cəhdi də ola bilər. Bu, xüsusilə gənclər arasında “sistemə qarşı çıxış” kimi yozula bilər, amma bu azadlığın məsuliyyət hissi ilə tənzimlənməsi vacibdir.
Sonda belə deyək, texnologiya özü neytral olsa da, ondan necə istifadə olunması isə cəmiyyətin mədəniyyətinə, təhsil səviyyəsinə və etik prinsiplərinə bağlıdır. Süni intellekt bizə güzgü tutur - biz onu necə istifadə ediriksə, nəticəsi də elə olacaq.

Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSponsorluq biznesə nə qazandırır?
13.01.2026Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin ®
13.01.2026Bakı-Sumqayıt ekspres marşrutlarında qiymət dəyişikliyi ediləcək
13.01.2026ABB-nin İdarə Heyətinə yeni üzv seçildi
13.01.2026Nazir generalı təqaüdə göndərdi
13.01.2026"Lukoil"un qlobal aktivlərinin alışı üçün şirkətlər mübarizədə
13.01.2026
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON
13.01.2026Daha 9 startap vergidən azad olundu
13.01.2026Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"
13.01.2026İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi
13.01.2026Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb
13.01.2026İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub
13.01.2026İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub
13.01.2026