Redaktor
İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi
Xəbər verdiyimiz kimi, "Maple Trading" Məhdud Məhsuliyyətli Cəmiytyətinə (MMC) məxsus "Grab Star" ərzaq və şirniyyatlar mağazaları şəbəkəsi yeni yaradılan "Grand Novatra" MMC-yə satılıb. "Maple Trading" bağlandığından xeyli sayda işçi şirkətin rəhbəri Anar Məmmədov barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ediblər.
Valyuta.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Maple Trading" MMC-yə məxsus "Grab Star" mağazasında xanım işçi N.Kaltayevanın əmək müqaviləsi hüquqi qüvvəyə minmədən satış üzrə məsləhətçi vəzifəsi üzrə işlərin və xidmətlərin görülməsinə cəlb edildiyi müəyyən edilib.
Xidmətin əməkdaşları tərəfindən "Maple Trading" şirkətinin direktoru Məmmədov Anar Zakir oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məhkəmənin qərarı ilə şirkət rəhbəri 20 min manat cərimələnib. Anar Məmmədov birinci instansiya məhkəmənin hökmündən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Sahibkarın nümayəndəsi bildirib ki, Anar Məmmədovun rəhbərlik etdiyi şirkət İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyib. MMC-nin bağlanması ilə əlaqədar olaraq həmin cəmiyyətdə işləyən işçilər məcburiyyətdən ixtisar edildiyi üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət ediblər.
Dövlət xidmətinin əməkdaşı məhkəmədə MMC-nin nümayəndəsinin müdafiəsini məsuliyyətdən yayınmaq məqsədi ilə sonradan düşünülərək irəli sürülmüş mülahizə kimi qiymətləndirib.
Sahibkarın apellyasiya şikayəti təmin edilməyib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026