Redaktor
Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"
Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində apardığı yoxlama nəticəsində aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı verilən təkliflər hələ də icra olunmayıb.
Hesablama Palatasının məlumatına görə, Palatanın 2024-cü il üzrə İş planına uyğun olaraq 2021–2023-cü illəri əhatə edən yoxlama damazlıq heyvandarlıq sahəsinə dövlət dəstəyinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsi məqsədi ilə aparılıb. Audit zamanı damazlıq heyvandarlıq sahəsində dövlət dəstəyinin bütün mərhələləri - damazlıq heyvanların alınması, subsidiyaların verilməsi, güzəştlərin tətbiqi və nəzarət mexanizmləri araşdırılıb.
Yoxlamalar zamanı ciddi uyğunsuzluqlar aşkar edilib. Belə ki, monitorinqlər nəticəsində dövlət tərəfindən güzəştli şərtlərlə maliyyələşdirilmiş 4 456 baş iri və xırdabuynuzlu damazlıq heyvanın fermer təsərrüfatlarında faktiki mövcud olmadığı müəyyən edilib. Həmin heyvanlar üzrə dövlət vəsaiti hesabına maliyyələşdirilmiş güzəşt məbləği 5,1 milyon manatdan çox olub.
Bundan əlavə, audit zamanı 8 baş damazlıq heyvanın maliyyələşdirilməsi ilə bağlı qərarların verildiyi tarixdə həmin heyvanların artıq öldüyü məlum olub. Həmçinin minlərlə damazlıq heyvan üzrə sənədlərdə göstərilən satış qiymətləri ilə real idxal dəyəri arasında fərqlər olduğu, bu halda 10,2 milyon manat güzəşt məbləğinin risklər araşdırılmadan maliyyələşdirildiyi qeyd edilib.
Azərbaycan Respublikası Hesablama Palatası aşkar edilmiş bu nöqsanlarla bağlı güzəşt hesabına ödənilmiş vəsaitlərin bərpa olunmasını tövsiyə edib. Lakin Palatanın məlumatına görə, həmin tövsiyələr indiyədək icra edilməyib və məsələ hazırda “izlənilməsi davam edir” statusundadır.
Modern.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMetroda bu istiqamətdə hərəkət cədvəli dəyişir - Fotolar
03.03.2026"Cursor"un illik gəliri 2 milyard dolları keçib
03.03.2026İranın ixrac qadağası: Azərbaycan bazarına təsiri nə olacaq?
03.03.2026Azərbaycan ötən ay qızıl ixracından 56,1 milyon manat qazanıb
03.03.2026"Paramount" platformalarını birləşdirməyi planlaşdırır
03.03.2026Bakıda estetik klinika 20 000 manat cərimələndi
03.03.2026Bağlanan özəl universitetin binası BDU-ya verildi
03.03.2026İran ərzaq məhsullarının ixracına moratorium tətbiq edib
03.03.2026Deputatın şirkətinə protokol yazıldı, məhkəmə işə xitam verdi
03.03.2026Bu küçədə hərəkət 22:00-dək məhdudlaşdırılacaq
03.03.2026"Nvidia" 2 şirkətə 4 milyard dollar yatıracaq
03.03.2026Qoruq ətrafında iki yaşayış sahəsi 422 minə bərpa ediləcək
03.03.2026Dubay müharibəyə görə dəqiqədə 1 milyon dollar itirir
03.03.2026“Azərkosmos”un xidmət ixrac etdiyi ölkələrin sayı azalıb
03.03.2026Birbank Biznes-in “Hər işdə birinci qadınlar” yarmarkası uğurla yekunlaşıb ®
03.03.2026Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SİYAHI
03.03.2026Azərbaycanda ən məşhur telefon markalarının bazar payı açıqlandı
03.03.2026