Biznesi reklamsız məşhur etmək yolları - Soyuq zənglər, partnyor marketinqi...
07.11.2024 12:25
985

Biznesi reklamsız məşhur etmək yolları - Soyuq zənglər, partnyor marketinqi...

Rəqsanə Məmmədova

  Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer

Yeni yaranan kiçik bizneslərin reklam büdcələrinin məhdud olması geniş yayılmış problemlərdən biridir. Lakin müasir texnologiyalar, metodologiyalar və rəqəmsal platformalar kiçik biznes sahiblərinə öz işlərini tanıtmaq üçün unikal və büdcəsiz imkanlar təklif edir.

1. Reels videoları

Kiçik biznes sahibləri “Instagram” və “TikTok” üçün 9:16 formatında videolar çəkib sosial şəbəkələrdə yerləşdirə bilərlər. Bu formatda çəkilən qısa videolar alqoritmlər tərəfindən daha çox göstərilir və böyük kütləyə ödənişsiz çatmaq mümkündür. Burada əsas məqam, videoların maraqlı və müntəzəm olmasıdır ki, izləyicilərin diqqətini çəksin və onların daim izlədiyi səhifəyə çevrilsin.

2. “Google My Business”dən qeydiyyatdan keçmək

“Google My Business” platformasında qeydiyyatdan keçərək “Google” üzərindən müəyyən trafik əldə etmək mümkündür. Bu platforma müəssisələrə yerli axtarışlarda görünməyə və potensial müştəriləri cəlb etməyə imkan verir. Burada əsas diqqət profilin düzgün doldurulmasına yönəlməlidir; müəssisənin adı, axtarış açar sözlərə uyğun olmalıdır.

3. “Facebook” qruplarından istifadə

Azərbaycanda aktiv olan çoxsaylı “Facebook” qrupları mövcuddur. Bu qruplarda hər bir hədəf auditoriyasına uyğun qruplar tapmaq olar. Əksər qruplarda paylaşımlar ödənişsizdir və burada məhsullar və ya xidmətlər haqqında məlumat yaymaq mümkündür. Bu, müştəri cəlb etmək üçün əlverişli üsullardan biridir.

4. Sosial şəbəkələrdə şəxsi brendin yaradılması

Şirkət sahibi sosial şəbəkələrdə davamlı olaraq şəxsi brendinin üzərində çalışsa, maraqlı paylaşımlar etsə, potensial müştərilərin diqqətini cəlb edə bilər. İnsanlar şirkətin sahibini tanıyanda və onun işə yanaşmasını gördükdə, şirkətə daha çox güvən göstərirlər. Bu da müştəri kütləsini genişləndirməyə kömək edir.

5. Soyuq zənglər

Bu üsul daha çox satış yönümlüdür, lakin marketinqin əsas məqsədlərindən biri də satış olduğundan, soyuq zənglər də müştəri cəlb etmək üçün effektiv üsullardandır. Kiçik bizneslər potensial müştərilərə soyuq zənglər edərək xidmətləri və ya məhsulları haqqında məlumat verə bilər və beləcədə marketinq büdcəsinə qənaət edə bilər.

6. Partnyor marketinqi

Başqa bizneslərlə əməkdaşlıq edərək müştəri bazanızı genişləndirmək mümkündür. Müştəri kütlənizə uyğun olan digər bizneslərlə birgə kampaniyalar təşkil etmək satışları artırmağa kömək edə bilər. Məsələn, şokolad satan şirkət çay istehsalatçıları ilə, oyuncaq mağazası isə uşaq nağılları yazan müəlliflərlə əməkdaşlıq edə bilər. Bu cür əməkdaşlıqlar hər iki tərəfə fayda gətirə bilər və yeni müştəri əldə etməyə kömək edir.

Davamlı olmaq və yeni imkanlar axtarmaq

Əsas məqam heç vaxt dayanmayaraq daima yeni satış kanallarını araşdırmaq və fərqli tanıtım üsullarını sınamaqdır. Bu üsullar sayəsində kiçik bizneslər büdcəsiz də öz adını tanıdaraq, bazarda rəqabət apara bilərlər. Rəqəmsal dünyada uğur qazanmaq üçün davamlı və yaradıcı olmaq vacibdir.

Biznesi reklamsız məşhur etmək yolları - Soyuq zənglər, partnyor marketinqi...

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mobil oyun studiyası "Cheer Games" 4,5 milyon dollar investisiya cəlb edib

05.03.2026

Sərvət qazanmağın sadə, amma vacib 3 addımı

05.03.2026

Milyarder Larri Ellisonun daşınmaz əmlak portfeli - Florida, Yaponiya, Havayda əmlakları var

05.03.2026

Bakıda "Oracle" Mükəmməllik Mərkəzi yaradılacaq

05.03.2026

"Google" və "Epic Games" arasında illərdir davam edən mübahisə bitdi

05.03.2026

İranda kriptovalyuta bazarında vəsait çıxarışı 700% artıb

05.03.2026

Neftin 10 dollar bahalaşması Azərbaycanın ixrac gəlirlərini 3 mlrd. dollar artırır

05.03.2026

“Azərişıq”dan 6 milyon manatlıq SİFARİŞ

05.03.2026

“Unleash” 35 milyon dollar investisiya alıb

05.03.2026

"İran Naxçıvana 4 PUA ilə hücum edib" - MN

05.03.2026

Xaricə səfər edənlərin sığortası üzrə yığımlar 80%-ə yaxın artıb

05.03.2026

Naxçıvana alternativ reyslər təşkil olunub - AZAL

05.03.2026

Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar

05.03.2026

Prezident İlham Əliyev: Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir

05.03.2026
Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

05.03.2026

İranın Naxçıvana dron hücumu ilə bağlı cinayət işi açıldı

05.03.2026

"OpenAI"ın illik gəlirinin 25 milyard dolları keçdiyi iddia olunur

05.03.2026

11 tibb mərkəzi üçün 21 milyonluq laboratoriya testləri alınacaq

05.03.2026

İranın Naxçıvana dron hücumu nəticəsində xəsarət alanların adları məlum oldu

05.03.2026

ABŞ-İran müharibəsi fonunda artım sürətlənir: “Bitcoin” təxminən 8% bahalaşdı

05.03.2026

Məzənnə

Yüklənir...