Redaktor
Rəhbərlik işçinin ikinci işdə çalışmasına qarışa bilər?
Qanunvericiliyə əsasən, bir işçinin iki yerdə çalışması mümkündür. Yəni, iş saatları üst-üstə düşmədiyi təqdirdə, işçi paralel şəkildə fərqli bir şirkətdə də fəaliyyət göstərə bilər.
Lakin bəzi işəgötürənlər (birinci iş yeri) əməkdaşın digər bir yerdə işləməsini istəmədiklərini açıq şəkildə bildirirlər. Bu halda belə bir sual yaranır:
İşçi digər iş yerində çalışmaq qərarını yalnız şəxsi seçimlə verə bilərmi? Yoxsa mütləq şəkildə birinci iş yeri ilə razılaşdırmalıdır?
Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Valyuta.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, iş vaxtından sonra əvəzçilik qaydasında əlavə iş yerlərində işləmək üçün əsas iş yerinin razılığı tələb olunmur:
"Lakin iş vaxtı ərzində bu fəaliyyətə yalnız işəgötürənin razılığı ilə yol verilir. Əmək müqaviləsinin şərtləri imkan verdiyi halda, işçi əsas iş vaxtından sonra digər müəssisələrdə də əmək müqaviləsi bağlayaraq fəaliyyət göstərə bilər. Bu zaman əmək funksiyası və əmək şəraiti əlavə iş yerinin işəgötürəni ilə razılaşdırılır".

R.Əliyev əlavə edib ki, əvəzçilik üzrə gündəlik iş vaxtı 4 saatdan, həftəlik isə 20 saatdan artıq ola bilməz:
"Bundan başqa, zərərli və ya təhlükəli şəraitdə çalışan işçilərin oxşar şəraitli əlavə iş yerində əvəzçilik üzrə fəaliyyət göstərməsinə yol verilmir. Yaşı 18-dən aşağı olan şəxslər isə yalnız əsas və əlavə iş yerlərindəki cəmi iş saatları onlar üçün nəzərdə tutulan qısaldılmış iş vaxtını keçmədiyi halda əlavə işlə məşğul ola bilərlər. Müəyyən vəzifəli şəxslər üçün - xüsusilə dövlət hakimiyyəti orqanlarındaçalışanlar üçün - əlavə iş yerində fəaliyyət göstərmək hüququ qanunvericiliklə birbaşa məhdudlaşdırılıb. Yuxarıda göstərilən hallar istisna olmaqla, iş vaxtından sonra əlavə işdə çalışmaq qadağan edilə bilməz. Bu əsasla əmək müqaviləsinə xitam verilməsi isə qanunvericiliyə ziddir”.
Mövzu ilə bağlı “PHOENIX DEVELOPMENT” şirkətinin təsisçisi və direktoru Rufanə Qasımova da fikirlərini bölüşüb.
Onun sözlərinə görə, iş vaxtları üst-üstə düşmədiyi halda, işçi həm əsas, həm də əlavə iş yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər və bu hüquq əmək azadlığının tərkib hissəsidir.
R.Qasımova qeyd edib ki, işçinin başqa bir yerdə çalışması üçün əsas iş yerindən icazə alması ümumi hal kimi tələb olunmur:
"Lakin müəyyən hallarda bu hüquq qanuni əsaslarla məhdudlaşdırıla bilər. Belə ki, əmək müqaviləsində aşağıdakı məqamlarla bağlı konkret və qanuni şərtlər mövcuddursa - maraqların toqquşmasının qarşısının alınması, rəqabət qadağası və eyni sahədə paralel fəaliyyətin məhdudlaşdırılması - bu zaman işçi həmin şərtlərə əməl etməlidir. Əlavə fəaliyyət işçinin əsas vəzifələrinin icrasına mənfi təsir göstərirsə - məsələn, yorğunluq, işə gecikmə, məhsuldarlığın aşağı düşməsi və s. - bu halda işəgötürən yalnız konkret sübutlarla etiraz edə bilər. “Yalnız işçi başqa yerdə işləyə bilməz" məzmunlu ümumi qadağalar hüquqi əsas daşımır və əksər hallarda etibarsız sayılır”.

Bəzi müəssisələrdə bu məsələyə münasibət hüquqi çərçivədən daha çox subyektiv narahatlıqlara əsaslanır:
"İşəgötürənlər bəzən işçinin əlavə iş yerindəki tapşırıqları əsas iş yerində icra etməyə çalışacağından və performansın aşağı düşəcəyindən ehtiyat edirlər", - deyə R.Qasımva əlavə edib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Başqasının kartına səhvən göndərilən pulu necə almaq olar?
30.01.2026İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
30.01.2026Proqramlaşdırma qadınların işi idi, kişilərin deyil
30.01.2026Azərbaycanda qorunan əmanətlər üzrə faiz həddi eyni səviyyədə saxlanılıb
30.01.2026“Azərkosmos”un gəlirləri açıqlandı - Azalma var
30.01.2026İxracdan milyonlar qazanan Azərbaycan şirkətləri - SİYAHI
30.01.2026"İşçi hiss etməlidir ki, şirkət böyüdükcə onun da rifahı yaxşılaşır" - Anar Bayramov
30.01.2026Tanınmış iş adamı həbs edildi
30.01.2026