Redaktor
Rəhbər vəzifəni tərk edib öz biznesini qurdu - SƏHƏR OXUSU
Amerikalı sahibkar Reed Hastings texnologiya sektorunda karyerasına proqramçı və mühəndis kimi başlayıb. 1990-cı illərin əvvəlində o proqram təminatı alətləri hazırlayan "Pure Software" şirkətini qurdu və qısa müddətdə şirkəti sürətlə böyütdü. Şirkət proqramçıların kod səhvlərini tapmaq üçün istifadə etdiyi texnologiyalar hazırlayırdı və bazarda uğur qazandı.
Bir neçə ildən sonra "Pure Software" başqa şirkətlərlə birləşərək böyük texnologiya korporasiyasına çevrildi. Şirkət daha sonra Rational Software" tərəfindən satın alındı. Bu prosesdən sonra Hastings artıq böyük korporativ strukturu idarə etmək istəmədiyini anlayır və rəhbər vəzifəni tərk edir.
Hastings sonralar müsahibələrində qeyd edib ki, böyük şirkətdə işləmək ona uyğun gəlmirdi və daha çevik, yenilikçi layihə üzərində işləmək istəyirdi. Bu dövrdə o yeni biznes ideyası üzərində düşünməyə başlayır.
1997-ci ildə Hastings və onun biznes tərəfdaşı Marc Randolph birlikdə film icarəsi modelini dəyişdirmək ideyasını müzakirə edirlər. O dövrdə ABŞ-da filmlər əsasən video mağazalardan götürülürdü və gecikmə cərimələri çox idi.
Məşhur rəvayətə görə, Hastings bir dəfə video kaseti gec qaytardığı üçün cərimə ödəməli olmuşdu. Bu təcrübə onu düşündürür və o, film icarəsini daha rahat etmək ideyası üzərində işləməyə başlayır.
Beləliklə 1997-ci ildə "Netflix" yaradılır. İlk mərhələdə şirkət DVD diskləri poçt vasitəsilə istifadəçilərə göndərən xidmət kimi fəaliyyət göstərirdi. Müştərilər internet üzərindən film sifariş edir, disk isə poçtla evlərinə çatdırılırdı.
Bu model o dövr üçün yenilikçi sayılırdı. 2000-ci illərin ortalarında isə şirkət biznes modelini dəyişərək internet üzərindən film və serial yayımlamağa başladı. Bu addım "Netflix"i qlobal rəqəmsal platformaya çevirdi.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Banklar sahibkarlara nə qədər kredit verib? - MƏBLƏĞLƏR
06.03.2026Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
06.03.2026Azərbaycanın Türkiyəyə neft ixracı 4,8 dəfə artıb
06.03.2026
"Xalq Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma
06.03.2026
“1.000 manatlıq məhsul itirən şirkət 10.000 manatlıq əlavə satış etməlidir”
06.03.2026Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşdı
06.03.2026