Redaktor
Banklar sahibkarlara nə qədər kredit verib? - MƏBLƏĞLƏR
2026-cı ilin yanvar ayında ölkədə biznes kreditləri üzrə ümumi portfel 15 milyard 948.9 milyon manat təşkil edib.
Valyuta.az xəbər verir ki, bu göstərici əvvəlki illə müqayisədə 1 milyard 239 milyon manat və ya 8.42% çoxdur.
2025-ci ilin yanvar ayında ümumi biznes kreditlərinin həcmi 14 milyard 709.9 milyon manat olub.
Hesabat dövründə sahibkarlıq subyektləri üzrə kredit bölgüsünə nəzər saldıqda, bütün kateqoriyalar üzrə artım qeydə alınıb.
İri sahibkarlığa verilmiş kreditlərin həcmi 2025-ci ilin yanvar ayında 8 milyard 255.7 milyon manat olduğu halda, 2026-cı ilin yanvar ayında bu rəqəm 8 milyard 347.0 milyon manata yüksəlib. Nəticədə artım 91.3 milyon manat və ya 1.1 % təşkil edib.
Orta sahibkarlıq subyektlərinə yönəldilən kreditlər 2025-ci ildə 1 milyard 865.4 milyon manat səviyyəsində olub. 2026-cı ildə isə bu göstərici 2 milyard 245.6 milyon manata çatıb. Beləliklə, bir il ərzində bu sahədə 380.2 milyon manat və ya 20.38% artım müşahidə olunub.
Kiçik sahibkarlığa ayrılan kreditlər 1 milyard 540.3 milyon manatdan 1 milyard 695.2 milyon manata, mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi isə 3 milyard 48.5 milyon manatdan 3 milyard 661.1 milyon manata yüksəlib.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Azərbaycana təhsil üçün gələn tələbələr hansı proseslərdən keçirlər?
06.03.2026Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu ®
06.03.2026“Bakı Mühəndislik Universiteti” 386 minə aviabilet alır
06.03.2026Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib
06.03.2026DOST mərkəzləri bu tarixlərdə işləməyəcək
06.03.2026
Banklar sahibkarlara nə qədər kredit verib? - MƏBLƏĞLƏR
06.03.2026Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
06.03.2026Azərbaycanın Türkiyəyə neft ixracı 4,8 dəfə artıb
06.03.2026
"Xalq Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma
06.03.2026
“1.000 manatlıq məhsul itirən şirkət 10.000 manatlıq əlavə satış etməlidir”
06.03.2026Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşdı
06.03.2026