Redaktor
Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib.
Valyuta.az xəbər verir ki, qəbula görə dövlət başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.
Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını dedi, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğuladı. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzuladı.
Xalqlar arasında dostluq münasibətlərinin mövcud olmasını məmnunluqla qeyd edən qonaq dedi ki, Moldovanın çətin günlərində Azərbaycanın dəstəyini həmişə xatırlayırlar və bunu yüksək qiymətləndirirlər.
Prezident İlham Əliyev nümayiş olunan mövqeyə görə təşəkkür etdi.
Söhbət zamanı Azərbaycanın və Moldovanın daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri məmnunluqla qeyd olundu, ikitərəfli münasibətlərin inkişafı, o cümlədən siyasi, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın dərinləşdiyi vurğulandı, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsində roluna toxunuldu. Bu xüsusda Mixay Popşoinin səfərinin uğurlu olacağına əminlik bildirildi.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMilyarderlər pullarını əmanət hesablarında saxlamırlar - Bəs pullarını hara yatırırlar?
06.03.2026Qeyri-bank kredit təşkilatlarına kredit qoyuluşu 1,88 milyard manatı ötüb
06.03.2026Sabah Bakıda yağış yağacaq
06.03.2026Dövlət Vergi Xidmətinin milyonluq layihəsini udan şirkət məlum oldu
06.03.2026Azər Mursaqulov Tahir Budaqovun bəzi qərarlarını ləğv etdi - SİYAHI
06.03.2026
Azərbaycanın ən çox energetik içki idxal etdiyi 5 ölkə - Qiymət
06.03.2026
Azərbaycana təhsil üçün gələn tələbələr hansı proseslərdən keçirlər?
06.03.2026Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu ®
06.03.2026“Bakı Mühəndislik Universiteti” 386 minə aviabilet alır
06.03.2026Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib
06.03.2026DOST mərkəzləri bu tarixlərdə işləməyəcək
06.03.2026
Banklar sahibkarlara nə qədər kredit verib? - MƏBLƏĞLƏR
06.03.2026Bir nömrəli səfərbərlik nədir? - MN açıqladı
06.03.2026Azərbaycanın Türkiyəyə neft ixracı 4,8 dəfə artıb
06.03.2026
"Xalq Sığorta"nın zərərliliyi artdı - Yığımlarda azalma
06.03.2026
“1.000 manatlıq məhsul itirən şirkət 10.000 manatlıq əlavə satış etməlidir”
06.03.2026Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşdı
06.03.2026