Azərbaycana təhsil üçün gələn tələbələr hansı proseslərdən keçirlər?

Redaktor

06.03.2026 12:10
88

Azərbaycana təhsil üçün gələn tələbələr hansı proseslərdən keçirlər?

Hər bir gəncin xaricdə təhsil almaq kimi xəyalları olur. Azərbaycanda yaşayan vətəndaşlar xaricdə təhsilə üz tutduğu kimi, xaricdə yaşayan vətəndaşlar da Azərbaycana təhsil almağa gəlirlər. Ölkəmizin vətəndaşları ən çox viza, şəhər seçimi və təqaüd proqramları əldə etməkdə çətinlik çəkirlər. Bəs Azərbaycana gələn tələbələr əsasən hansı proseslərdən keçirlər? Əsas üzləşdikləri çətinliklər nələrdir?

Valyuta.az-a danışan təhsil məsələləri üzrə ekspert Aisa Aslanova bildirir ki, xüsusilə tibb sahəsi xarici tələbələr arasında ən çox seçilən istiqamətlərdəndir: “Azərbaycana əsasən, Türkiyə, İran, Rusiya, Gürcüstan, Pakistan, Hindistan və bir sıra Afrika ölkələrindən tələbələr təhsil almağa gəlirlər. Əgər xarici vətəndaşın Şengen vizası varsa, imtahanlardan azad olur. Olmadıqda IELTS, TOEFL və s. imtahanlar verib qəbul alaraq təhsillərini xarici ölkədə davam etdirir”.

A.Aslanova deyir ki, xarici tələbələrin əsas çətinlikləri bir neçə istiqamətdə cəmlənir: “İlk olaraq dil baryeri mühüm rol oynayır. Azərbaycan və ya rus dilini bilməmək həm akademik prosesdə, həm də gündəlik həyatda adaptasiyanı çətinləşdirir. Digər mühüm məsələ yaşayış və yataqxana ilə bağlıdır. Xüsusilə ilk aylarda uyğun yerləşmə tapmaq çətin ola bilir. Digər ölkələrlə müqayisədə Azərbaycanda miqrasiya və sənədləşmə prosedurları ümumilikdə normaldır və sistemli şəkildə tənzimlənir. Proses Dövlət Miqrasiya Xidməti tərəfindən idarə olunur və qaydalar aydındır. Miqrasiya və sənədləşmə prosedurları, yaşayış icazəsi, qeydiyyat və tibbi sənədlərlə bağlı da bəzən əlavə çətinlik ola bilir. Səbəb əsasən sənədlərin düzgün hazırlanması və vaxt məsələsi ilə bağlı olur. Yəni proses çətin deyil, sadəcə planlama və düzgün sənədləşmə tələb edir. Bundan başqa, akademik sistemə uyğunlaşma və mədəni adaptasiya prosesi də vaxt tələb edir", - A.Aslanova deyir.

Ekspertin sözlərinə görə müəyyən hallarda təqaüd və ya maliyyə dəstəyi olmadıqda imtina halları müşahidə olunur. "Bu, xüsusilə Pakistan, Hindistan və bəzi Afrika ölkələrindən olan tələbələr arasında daha çox rast gəlinir, çünki maliyyə faktoru onların qərarında əsas rol oynayır. Türkiyə və Rusiya vətəndaşları isə daha çox öz vəsaitləri hesabına təhsil almağa meyillidirlər. Təqaüd və ya endirim təklif olunmadıqda, bəzi tələbələr alternativ ölkələrə yönələ bilirlər. Bu istiqamətdə hazırda xarici vətəndaşlar üçün “Heydər Əliyev” təqaüd proqramı mövcuddur".

Nuranə Mübariz

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb

06.03.2026

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®

06.03.2026

Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb

06.03.2026
Daha bir Azərbaycan bankı bağlanır - öhdəlikləri ABB-yə ötürülür

Daha bir Azərbaycan bankı bağlanır - öhdəlikləri ABB-yə ötürülür

06.03.2026

Startap rəhbəri gəlir rəqəmləri barədə yalan danışdığını etiraf etdi

06.03.2026

Mərkəzi Bank bu şirkəti 31 min dollar cərimələdi - 600 mindən çox vergi borcu da var

06.03.2026

Ceyhun Bayramov: İran tərəfi məsələni araşdırmağa ciddi şəkildə söz verdi, biz də nəticələri gözləyirik

06.03.2026

Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır

06.03.2026
Yanvarda bəzi qeyri-neft məhsullarının ixrac gəlirləri azalıb

Yanvarda bəzi qeyri-neft məhsullarının ixrac gəlirləri azalıb - SİYAHI/MƏBLƏĞ

06.03.2026

Milyarderlər pullarını əmanət hesablarında saxlamırlar - Bəs pullarını hara yatırırlar?

06.03.2026

Qeyri-bank kredit təşkilatlarına kredit qoyuluşu 1,88 milyard manatı ötüb

06.03.2026

Sabah Bakıda yağış yağacaq

06.03.2026

Dövlət Vergi Xidmətinin milyonluq layihəsini udan şirkət məlum oldu

06.03.2026

Azər Mursaqulov Tahir Budaqovun bəzi qərarlarını ləğv etdi - SİYAHI

06.03.2026
Azərbaycanın ən çox energetik içki idxal etdiyi 5 ölkə

Azərbaycanın ən çox energetik içki idxal etdiyi 5 ölkə - Qiymət

06.03.2026
Azərbaycana təhsil üçün gələn tələbələr hansı proseslərdən keçirlər?

Azərbaycana təhsil üçün gələn tələbələr hansı proseslərdən keçirlər?

06.03.2026

Kapital Bank-ın təhsil işçilərinə unikal imkanlar yaradan TəhsilPlus kartı ilk sahiblərinə təqdim olundu ®

06.03.2026

“Bakı Mühəndislik Universiteti” 386 minə aviabilet alır

06.03.2026

Prezident İlham Əliyev Moldovanın Baş nazirinin müavinini qəbul edib

06.03.2026

DOST mərkəzləri bu tarixlərdə işləməyəcək

06.03.2026

Məzənnə

Yüklənir...