Redaktor
"Halal" sertifikat alan müəssisənin banka borcu olmamalıdır - TƏKLİF
Azərbaycanda “Halal” sertifikatlarının təqdim edilməsinə başlanılır. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) beynəlxalq akkreditasiya tələblərinə cavab verən “Halal” sertifikatını təqdim etmək hüququnu əldə edib.
“Halal” sertifikatının verilməsində əsas məqsəd istehsal olunan məhsul, xidmət və idarəetmə sistemlərində müvafiq qaydaların tətbiqinə və istifadəsinə şəraitin yaradılması, istehlakçıların halal məhsullar üzrə tələb və gözləntilərinin təmin edilməsi və həmin məhsullarla bağlı etimadın formalaşdırılması, eləcə də halal məhsulların dövriyyəsinin stimullaşdırılmasıdır.
“Halal” sertifikatlarının verilməsi vacibdirmi? Halal qida istehsalı üçün hansı ümumi tələblər olmalıdır?
Mövzu ilə bağlı Valyuta.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, illər boyu Azərbaycanda halal sertifikat vermək adı ilə müxtəlif xarici və yerli MMC-lər fəaliyyət göstərib:

“Bu sertifikatı illər boyu pul müqabilində həll ediblər. Hətta Qafqaz Müsəlmanları İdarəsi də bu məsələdən xəbərdardır. Hələ 8 il əvvəl Azad İstehlakçılar Birliyi bu məsələni qaldırdı, bununla bağlı şəffaflığın yaradılmasını ortaya qoydu. Biz kollegiyal olaraq, o cümlədən KİV-lərin iştirakı ilə şəffaf, monitoriqlərdən sonra ictimai əsaslarla sertifikatların verilməsinə nail olduq. Ölkədə “Halal MMC” deyilən bir MMC də mövcuddur. Burda laboratoriya fəaliyyət göstərir, mütəxəssislər də var. Son il yarımda İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Standartlaşdırma İnstitutunda yenidən halal standartın yaradılması məsələsinə toxunuldu. Mən halal standartın yaradılması üzrə texniki komitənin üzvüyəm, iclaslarda iştirak etmişəm, təkliflər vermişəm”.
Birlik sədri deyir ki, qəbul olunan standart onun və Azad İstehlakçılar Birliyinin ürəyindən olmayan standartdır:
“Məsələn, biz təklif etmişdik ki, halal standartlaşma olunan müəsissələrdə onlayn izləmə olsun. İstənilən adam orda baş verənləri izləyə bilsin. Təklif etmişdik ki, halal mal istehsal edən müəsissənin banklara kredit borcları olmamalıdır. Amma çox təəssüf ki, bunlar nəzərə alınmadı, yüngül şərtlərlə halal standartlar qəbul olundu”.
Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda bir çox müəsissə istəyir ki, müsəlman ölkələrə məhsul ixrac etsin:
“Ona görə də bu sertifikatların verilməsi zəruridir. Qeyd etdiyim kimi illər boyu rüşvətlə verilən standartların ləğv olunması çox zəruridir. Düşünürəm ki, adıçəkilən qurum və AQTA bu vaxta qədər verilən halal standartları ləğv etməli, yenidən monitoriqlər keçirilməlidir. İnancı olan insanların aldadılmasının qarşısı alınmalıdır. Bundan başqa, həmin standartların verilməsində mütləq şəkildə KİV, ictimai təşkilatlar, mütəxəssislər iştirak etməlidir”.
Davud
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərQarajdan 900 milyon dollarlıq şirkətə - İşçilərinin toyunu və təhsilini maliyyələşdirən sahibkar - SƏHƏR OXUSU
07.03.20262026-cı ildə yüksək maaşlı işlər üçün CV-də olmalı 3 əsas bacarıq
06.03.2026Ekspertlər hazırda almaq üçün ən yaxşı üç büdcə smartfonunu açıqladı
06.03.2026Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği açıqlandı
06.03.2026İran-Azərbaycan sərhədində yük avtomobillərinin buraxılışına başlanıldı
06.03.2026Süni intellektdə "qırmızı xətt" mübahisəsi iki texnologiya nəhəngini qarşı-qarşıya gətirdi
06.03.2026Turist izdihamı olmayan cənnət: Bu yay ziyarət etməyə dəyər 5 Aralıq dənizi adası
06.03.2026BP yayda AÇG-də dərin laylardan qaz hasilatına başlayacaq
06.03.2026
İlham Əliyev Azərbaycan qadınlarını təbrik etdi
06.03.2026“Qaynar” bazara girən startapların ən böyük səhvi açıqlanıb
06.03.2026Azərbaycanda kompüterlərin bazar payı azalıb, mobil istifadə artıb
06.03.2026“Qaradağ Şüşə Zavodu” investisiya müsabiqəsinə çıxarılıb
06.03.2026Neft 150 dollara... - Qətərdən qlobal iqtisadiyyatı məhv edə biləcək ssenari barədə xəbərdarlıq
06.03.2026
Dövriyyəsi kəskin azalan investisiya şirkətləri - CƏDVƏL
06.03.2026"Azərpambıq"ın xaricə satışdan gəlirləri 1,5 milyon dollar azalıb
06.03.2026Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur ®
06.03.2026Azərbaycana gələn əcnəbilər arasında işsizlərin sayı artıb
06.03.2026