"BYD" yeni avtomobilini təqdim etdikdən sonra səhmləri rekord həddə çatıb

Redaktor

20.03.2025 12:23
246

"BYD" yeni avtomobilini təqdim etdikdən sonra səhmləri rekord həddə çatıb

Çinli avtomobil istehsalçısı "BYD", demək olar ki, benzinli avtomobilin yanacaq doldurma müddəti qədər tez şarj ola bilən yeni elektrikli nəqliyyat vasitələrini təqdim etdikdən sonra səhmlərində kəskin artım yaşayıb.  

Valyuta.Az xəbər verir ki, "BYD"nin səhmləri çərşənbə axşamı Honq Konq birjasında ticarət əməliyyatlarının açılması ilə 6%-ə qədər yüksəlib və şirkətin bazar dəyəri təxminən 162 milyard dollara çatıb. Bu göstərici "Ford", "General Motors" və "Volkswagen" şirkətlərinin ümumi bazar dəyərini geridə qoyub.  

Şirkətin prezidenti və qurucusu Vanq Çuanfu bazar ertəsi verdiyi açıqlamada "BYD"nin yeni batareya və şarj sisteminin testlər zamanı "Han L" sedan modeli üçün cəmi 5 dəqiqə ərzində təxminən 400 kilometr (249 mil) yürüş məsafəsi təmin edə bildiyini söyləyib. Yeni texnologiyaya malik avtomobillərin satışına gələn ay başlanacaq.  

Elektrikli avtomobillərin, daxili yanma mühərrikli nəqliyyat vasitələrinin yanacaqdoldurma məntəqəsinə girib-çıxması qədər qısa müddətdə şarj edilə bilməsi, uzun şarj müddəti səbəbindən bu nəqliyyat vasitələrinə ehtiyatla yanaşan sürücüləri inandıra bilər.  

Çin avtomobil sənayesi üzrə ekspert Yucin Hsyao qeyddə bildirib: "BYD" artıq qiymət rəqabəti, avtomobil dizaynı və ya yeni seqmentlərə girişdən daha çox, öz miqyasını və əsas elektrikli avtomobil texnologiyalarını istifadə edərək son dərəcə rəqabətli bazarda fərqlənməyin yollarını axtarır.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Usain Boltun 2026-cı ildəki sərvəti: gəlir mənbələri və maliyyə strategiyası

24.01.2026

Karyerada dönüş qərarı verməzdən əvvəl cavablanmalı 3 vacib sual

24.01.2026

3 aya marketdən 7 minlik məhsul oğurladı

24.01.2026

Tövlədən idarə etdiyi biznesi dünyada məşhur imperiyaya çevirdi

24.01.2026

İnvestorlar üçün bilməli olduqları kriptovalyuta növləri

24.01.2026

“Azercell” bu tarif paketləri üzrə qiymətləri artırdı - FOTO

24.01.2026

Bazar gününün hava proqnozu

24.01.2026

"YouTube" 2026-cı il üçün planlarını açıqladı

24.01.2026

Ümumi təhsil müəssisələrində qış tətili başlayır

24.01.2026

Azərbaycan neftinin qiyməti 68 dolları ötüb

24.01.2026

Pentaqon yaxınlığında pizza sifarişləri artdı

24.01.2026

"iPhone" batareyasının köhnəlməsinin qarşısını necə almaq olar?

24.01.2026

149 milyondan çox insanın məlumatları internetə sızdırılıb

24.01.2026

ABŞ-nin Vitse-prezidenti fevralda Azərbaycana səfər edəcək

24.01.2026

Qızıl istehsalında 11%-dən çox artım

24.01.2026

Riçard Branson və “ilan kimi” qıvrılan biznes ruhu - SƏHƏR OXUSU

24.01.2026

“Hyundai Motor” səhmləri ilin əvvəlindən 72% artdı

23.01.2026

Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib

23.01.2026

2009-cu ildən ən aşağı səviyyə: Rusiyada neft hasilatı rekord şəkildə azaldı

23.01.2026

131 nəfərin məktəb direktoru təyin edilməsi ilə bağlı müsbət rəy verildi

23.01.2026

Məzənnə

Yüklənir...