"Bitcoin" sürətli yüksəlir... - Mütəxəssislər yeni hədəf qiyməti açıqladı

Redaktor

23.04.2025 15:45
370

"Bitcoin" sürətli yüksəlir... - Mütəxəssislər yeni hədəf qiyməti açıqladı

ABŞ prezidenti Donald Trampın ticarət münaqişələri ilə bağlı daha yumşaq bəyanatları kriptovalyuta bazarında "Bitcoin"in qiymətini yüksəltməyə başlayıb.

Valyuta.az xəbər verir ki, kriptovalyuta bazarlarında güclü artım müşahidə olunur. Rəqəmsal aktivlərdəki bu yüksəliş ABŞ dollarının zəifləməsi, ABŞ-Çin qarşıdurmasına dair ABŞ maliyyə naziri Skott Bessentin müsbət şərhləri və eyni zamanda artan institusional tələblə əlaqələndirilir.

Trampın Çinə tətbiq edilən 145 faiz gömrük rüsumlarının aradan qaldırıla biləcəyinə dair açıqlamaları bazarlarda pozitiv əhval yaradıb.

"Coinmarketcap"ın məlumatına görə, "Bitcoin" 6,65 faiz artaraq 93 min 847 dollara çatıb. "Bitcoin"in ümumi bazar dəyəri təxminən 1,85 trilyon dollar təşkil edib və son 24 saat ərzində 56,5 milyard dollar dəyərində "Bitcoin" əməliyyatı aparılıb ki, bu da 50 faizdən çox artım deməkdir. Ən böyük kripto aktiv olan "Bitcoin" bu ilin yanvarında əldə etdiyi tarixi maksimum olan 109 min 114 dollardan hələ də təxminən 15 faiz aşağı səviyyədədir.

Nə gözlənilir?

"Mudrex"in həmtəsisçisi və texniki direktoru Alankar Saksena bildirib ki, əgər alış tərəfi nəzarətdə qalarsa, qiymətin 100 min dollara doğru hərəkəti gözlənilir və dəstək səviyyəsi 88 min dollara qədər yüksəlib.

"CIFDAQ Group"un qurucusu və rəhbəri Himanşu Maradiya qeyd edib ki, "Bitcoin"in yüksəlişini dəstəkləyən ABŞ dolları indeksi kripto aktivlər üçün müsbət makroiqtisadi şərait yaradaraq üçillik zirvəyə çatıb: "Bununla yanaşı, Pol Etkinsin ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına rəhbər təyin olunması da optimizmi artırıb və daha konstruktiv tənzimləmə yanaşmasına keçidin siqnalı kimi dəyərləndirilir".

"Ethereum" da yüksəlişdədir

İkinci ən böyük kriptovalyuta olan "Ethereum" 15 faizdən çox artaraq 1816 dollara yüksəlib. "Coinmarketcap"ın məlumatına görə, son 24 saatda "Ethereum"un əməliyyat həcmi 80 faizdən çox artaraq 26,27 milyard dollara, bazar dəyəri isə 220 milyard dollara çatıb.

Ən yaxşı digər kripto tokenlər arasında "DogeCoin", "Cardano", "Chainlink", "Avalanche" 10-12 faiz arasında yüksəlib, "XRP" və "Solana" isə hər biri 6-8 faiz arasında artım nümayiş etdirib. Lakin altkoinlərdəki bu artım "Bitcoin"in bazar üstünlüyünü cüzi şəkildə təsirə məruz qoyub və bu xəbərin yazıldığı anda 0,39 faiz azalaraq 63,28 faizə düşüb.

Trampın açıqlamaları müsbət təsir edir

ABŞ prezidenti Donald Tramp ilə Federal Ehtiyat Sistemi rəhbəri Cerom Pauell arasında gərginliyin azalması daha riskli aktivlərə marağı artırıb. Bessentin, ABŞ və Çin arasında mövcud tarif qarşıdurmasının davamlı olmadığını və yaxın gələcəkdə ticarət sazişinə nail olunacağına dair açıqlamaları da bu pozitiv ab-havanı dəstəkləyib. ABŞ dollarının dəyər itirməsi də "Bitcoin"ə olan marağı artırır.

"Delta Exchange"in araşdırma analitiki Riya Sehqal bu kəskin yüksəlişin yalnız texniki impulslarla izah olunmadığını, daha güclü makroiqtisadi göstəricilər və yenilənən institusional maraqla əlaqəli olduğunu bildirib. Sehqal qeyd edib ki, uzunmüddətli investorların davamlı şəkildə yığım etməsi və texniki göstəricilərin əsas dəstək səviyyələrinin üzərində güclənməsi ilə "Bitcoin"in 100 min dollara doğru qətiyyətli hərəkəti mümkündür.

Kriptovalyuta bazarının ümumi dəyəri təxminən 7 faiz artaraq 2,94 trilyon dollara çatıb. Son 24 saatda ümumi bazar əməliyyat həcmi 133,51 milyard dollar olub ki, bu da 53,61 faiz artım deməkdir.

"Pi42"nin həmtəsisçisi və baş direktoru Avişnaş Şexar qeyd edib ki, kriptovalyuta bazarı Federal Ehtiyat Sistemi ilə bağlı siyasət dəyişikliyi gözləntiləri, "qızıl xaç" kimi texniki siqnallar və artan institusional maraq kimi müxtəlif yüksəliş faktorları ilə güclü artım yaşayır.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11.02.2026

Azərbaycanda startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb

11.02.2026

"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır

11.02.2026

"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı

11.02.2026

İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub

11.02.2026

İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib

11.02.2026

"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi

11.02.2026
İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

11.02.2026

Fariz Babayevə yeni vəzifə verildi

11.02.2026

Əgər 2016-cı ildə Uorren Baffettin sərmayələrini izləsəydiniz, bu qədər varlanmış olardınız

11.02.2026

Dövlət mənzil fonduna aid binalar təmir olunacaq - 49 milyonluq layihə

11.02.2026

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb ®

11.02.2026

Dolları sürətlə mövqelərini itirir: Nə baş verir?

11.02.2026

"Barclays" işçiləri üçün 3 milyard dollar bonus ayırıb

11.02.2026

Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI

11.02.2026

“Klinikanın pasienti məhkəməyə verməsi bəzən imicə zərər vermir”

11.02.2026

Bu rayon və şəhərlərin pensiyaları artımlarla ödəniləcək

11.02.2026

İcra başçısının müavini işdən çıxdı

11.02.2026

AFB Bank gəlir və mənfəət hədəflərini açıqlayıb

11.02.2026

Nəriman ABŞ klubunda bu qədər maaş alacaq - AÇIQLANDI

11.02.2026

Məzənnə

Yüklənir...