"iPhone 16 Pro" reklamlarında süni intellekt vurğusu niyə arxa plana keçdi?

Redaktor

17.04.2025 01:59
333

"iPhone 16 Pro" reklamlarında süni intellekt vurğusu niyə arxa plana keçdi?

"Apple" şirkəti WWDC 2025 tədbiri ərəfəsində Nyu-York şəhərindəki reklam lövhələrini yeniləyib. Daha əvvəl süni intellektə istinad edilən şüarlardan imtina edən şirkət, "iPhone 16 Pro" modelinin kamera və video imkanlarını ön plana çıxaran daha klassik yanaşmaya üstünlük verib. Bəs bu dəyişiklik nə ilə izah olunur?

Valyuta.az xəbər verir ki, WWDC 2025 tədbirinə sayılı günlər qalmış "Apple" reklam strategiyasında mühüm dəyişiklik edib. Şirkət daha əvvəl istifadə etdiyi və süni intellektə işarə edən "Təsəvvür et. Genmoji yarat" şüarını kənara qoyaraq, yeni lövhələrdə “iPhone 16 Pro. Cinemasterpiece” (kino sənət əsəri) ifadəsinə yer verib. Bu da o deməkdir ki, "Apple" artıq süni intellektə deyil, cihazın kamera və video qabiliyyətlərinə diqqət yönəldir.

"Apple" "iPhone 16"nın təqdimatı ərəfəsində "Apple Intelligence" adlandırılan süni intellekt texnologiyalarını ön plana çəkməyi planlaşdırırdı. Lakin bu sahədəki texniki gecikmələr səbəbilə, şirkət həmin məqsədə tam şəkildə çata bilməyib. Hazırda reklam strategiyasının dəyişməsi də məhz bu səbəblə əlaqələndirilir.

Şirkətin süni intellektə dair funksiyalarının bir çoxu ertələnmiş vəziyyətdədir. Məsələn, Siri üçün nəzərdə tutulan “ekran fərqindəliyi” funksiyası qeyri-müəyyən vaxta qədər təxirə salınıb, yazı alətləri gözlənilən performansı göstərmir, “xülasə bildirişləri” isə yanlış məlumatlar təqdim edə bilir. Siri-nin xəbər başlıqlarını düzgün xülasə etməməsi səbəbilə bu yaxınlarda xüsusi yeniləmə edilib.

"Apple Intelligence" hələ də beta mərhələsindədir və bu, şirkətin süni intellekt yarışında "OpenAI", "Google" və "Microsoft" kimi rəqiblərinin gerisində qala biləcəyi fikrini gücləndirir.

"Apple"ın süni intellekt sahəsində yavaş irəliləməsi, şirkətin fərqli strategiya seçməsinə səbəb olub. Artıq "iPhone" modelləri, xüsusilə də "iPhone 16 Pro", güclü kamera və video qabiliyyətləri ilə foto və video həvəskarları üçün ən yaxşı seçim kimi təqdim edilir. Bu yanaşma cihazın sosial media məzmun istehsalçıları üçün daha cəlbedici hala gəlməsinə şərait yarada bilər.

Lakin məhsuldarlıq və peşəkar funksionallıq axtaran istifadəçilərin, süni intellekt xüsusiyyətləri daha inkişaf etmiş alternativlərə yönəlməsi də mümkündür.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
"Fed" ilin ikinci faiz qərarını açıqladı

"Fed" ilin ikinci faiz qərarını açıqladı

18.03.2026

İlham Əliyevin Xanoba sakinləri ilə görüşündən görüntülər - VİDEO

18.03.2026

Dünyanın ən bahalı 10 lüks avtomobili - Onlardan birini almaq üçün ən azı 2,4 milyon dollar tələb olunur

18.03.2026

"X" sosial şəbəkəsində qlobal nasazlıq müşahidə olunur

18.03.2026

Növbəti 5 ildə dünyada batareyalar üçün vacib olan bir metal çatışmayacaq

18.03.2026

Ferrari "Amalfi Spider" modelini təqdim edib

18.03.2026

Mərkəzi Bank “PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsini cərimələyib

18.03.2026

Zibilxanalardakı xəzinələr: Kompüterlərdən serum vasitəsilə qızıl çıxarmaq olacaq

18.03.2026

ABŞ-dan Azərbaycana birbaşa investisiyalar 36,4% artıb

18.03.2026

ABB xarici bankda nəzarət səhm paketi alır

18.03.2026

Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı açıqlandı

18.03.2026

Bakıda bu küçələrdə köhnə binalar söküləcək - SİYAHI

18.03.2026

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - FOTOLAR

18.03.2026

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 20%-ə yaxın artıb

18.03.2026

Azərbaycan əhalisinin sayı açıqlandı

18.03.2026

AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi ®

18.03.2026

"Fed" bu axşam növbəti faiz qərarını açıqlayacaq

18.03.2026

Dövlət qulluqçuları üçün bu müavinət də ləğv edilir

18.03.2026

2026-cı ildə Çinin ən varlı 10 milyarderi

18.03.2026

Rusiya vətəndaşı Azərbaycanda 21 min manatlıq şirkət yaradıb

18.03.2026

Məzənnə

Yüklənir...