Redaktor
Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”
Milyarderlərin pulla necə davrandığı ilə bağlı nümayişkaranə paylaşımları görməyən demək olar ki, yoxdur. Bu paylaşımlar insanda bəzən heyrət, bəzən də “bu, mənlik deyil” reaksiyası doğurur.
“Fortune” nəşrinin məlumatına görə, hazırda ABŞ-da 900-dən çox milyarder var. Lakin gerçək budur ki, milyonlarla vəsaitə sahib olan şəxslər üçün keçərli olan maliyyə məsləhətləri əksər insanın gündəlik həyatına uyğun gəlmir. Çoxumuz özəl sərmayə müqavilələri və çoxmilyonluq əmlaklarla yox, hesab-fakturalar, büdcə planlaması və gələcək üçün yığım ilə məşğuluq.
Valyuta.az aşağıda milyarderlərin pul qaydalarının niyə adi insanlar üçün keçərli olmadığının əsas səbəbləri təqdim olunur.
Milyarderlərin məsləhətləri reallıqdan uzaqdır
Sertifikatlı auditor və “Smithii Tools”un aparıcı eksperti Kevin Marşal bildirir ki, milyarderlərin pul ilə bağlı tövsiyələri real həyatla uyğunlaşmır. O deyir: “Milyarderlərin maliyyə qaydaları əhalinin orta təbəqəsinin gündəlik ehtiyacları ilə uzlaşmır. Mən işimin çox hissəsini insanlara büdcə idarəsi, vergi planlaması və pul axınının yaxşılaşdırılması ilə bağlı kömək etməyə sərf edirəm.”
Onun sözlərinə görə, zənginlərin təklif etdiyi maliyyə strategiyalarını tətbiq etmək üçün əksər insanlarda yetərli resurs yoxdur.
“Xərcləmə” məsləhəti gündəlik ehtiyaclara uyğun deyil
Marşal qeyd edir ki, var-dövlət toplamış şəxslər tez-tez dəyərini itirən şeylərə pul xərcləməməyi tövsiyə edirlər. “O fikir yalnız o zaman məntiqli görünür ki, bir neçə əmlakınız və geniş sərmayə portfeliniz olsun,” – deyə o bildirir.
Adi insanlar isə işləmək və yaşamaq üçün avtomobil, telefon və mebel kimi əşyalara ehtiyac duyurlar. Zənginlər üçün isə yalnız özəl sərmayə müqavilələri sərfəlidir və burada milyonlarla dollar itirmək riski var.
“Əksər insanlar bu cür maliyyə azadlığına sahib deyillər. Maliyyə baxımından uğur qazanmaq istəyən bir insanın bu səviyyədə var-dövlətə ehtiyacı yoxdur,” – deyə Marşal əlavə edir.
Maliyyə sabitliyi oyun qaydalarını dəyişir
Marşal bildirir ki, milyarderlər artıq kifayət qədər pula sahib olduqları üçün maliyyə sabitliyinə malikdirlər. Onun sözlərinə görə, onların gündəlik xərcləmələri ilə gəlir əldə etmə üsulları bir-birindən tamamilə ayrıdır. Maliyyə mexanizmləri zəngin ailələrdə, gəlir əldə edib xərclər və yığım arasında balans yaratmağa çalışan ailələrə nisbətən tam fərqlidir.
Həddindən artıq qənaət yeganə ağıllı yol deyil
Marşal bəzi insanların həddindən artıq qənaətcil həyat tərzini – köhnə maşın sürmək, hər gün eyni geyim geyinmək, çöldə qəhvə və yemək almamaq – təqdir etdiyini vurğulasa da, adi insanlara bu üsullardan uzaq durmağı tövsiyə edir.
“Pul idarəsi ilə bağlı ağıllı yanaşma həm həyatın dadını çıxarmağa, həm də maliyyə vəsaitlərini düzgün idarə etməyə imkan verməlidir,” – deyə o bildirib.
Onun tövsiyələrinə əsasən, xərclərin izlənilməsi, avtomatik yığım və borcların idarəsi kimi sadə addımlar uzunmüddətli böyük faydalar verə bilər.
“Kiçik addımlar insanın həyatını tamamilə dəyişdirə bilər,” – Marşal belə yekunlaşdırır.
Başqasının həyat tərzini təqlid etmək var-dövlət gətirmir
Marşal bildirir: “Uğurlu insanların həyat tərzini təqlid etmək yalnız sizi narazı edəcək.” Əvəzində isə insanın öz maliyyə inkişafı onun pullarını necə idarə etməsindən asılıdır, başqalarının statusundan yox.
“Siz öz maddi vəziyyətinizi düzgün dəyərləndirdiyiniz zaman, imkanlarınızı aşan bir həyat tərzinə uyğunlaşmağa çalışmazsınız,” – deyə o əlavə edib.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakıda çovğun olacaq
19.01.2026Bu şəxslər öz-özünü sığorta edəcəklər
19.01.2026Prezidentlə xanımı İsveçrədədir - Fotolar
19.01.2026“İmkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilmir” - İqtisadçı
19.01.2026Azərbaycanda 22 mindən çox işsiz var
19.01.2026İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi
19.01.2026Ötən il dövlət büdcəsində 528 milyon manata yaxın profisit olub
19.01.2026Azərbaycan əhalisinin sayı açıqlandı
19.01.2026Sabah bir sıra yollar bağlanacaq
19.01.2026"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb
19.01.2026Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”
19.01.2026