Redaktor
Sabah bir sıra yollar bağlanacaq
20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək.
Valyuta.az xəbər verir ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsini, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə edirik.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərCOVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
19.01.2026Azərbaycan Prezidenti "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb
19.01.2026
Azərbaycanda ən çox qadın sahibkar hansı rayonlardadır? - CƏDVƏL
19.01.2026"İvanovka" "Atena" və digər rəqibindən şikayətçidir
19.01.2026Bakıda çovğun olacaq
19.01.2026Bu şəxslər öz-özünü sığorta edəcəklər
19.01.2026Prezidentlə xanımı İsveçrədədir - Fotolar
19.01.2026“İmkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilmir” - İqtisadçı
19.01.2026Azərbaycanda 22 mindən çox işsiz var
19.01.2026İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi
19.01.2026Ötən il dövlət büdcəsində 528 milyon manata yaxın profisit olub
19.01.2026Azərbaycan əhalisinin sayı açıqlandı
19.01.2026Sabah bir sıra yollar bağlanacaq
19.01.2026"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb
19.01.2026Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”
19.01.2026