Redaktor
“İmkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilmir” - İqtisadçı
Bəzən həyat elə məqamlar yaradır ki, maddi qərarlar qaçılmaz olur. İnsan öz yığımlarına güvənməli olduğunu düşünsə də, hər vəziyyət buna imkan vermir. Məhz bu nöqtədə kredit anlayışı ortaya çıxır — kimləri üçün çıxış yolu, kimləri üçün riskli seçim kimi. Elə hallar var ki, kredit fürsət yaradır, elə vəziyyətlər də olur ki, tələsik qərar uzunmüddətli yükə çevrilir.
Bəs hansı halda kredit vətəndaşın işinə yarayan çıxış yoldur?
İqtisadçı Xalid Kərimli Valyuta.az-a bildirir ki, kredit iqtisadiyyatın mühüm elementlərindən biridir:
“Mərkəzi Bank elə qaydalar müəyyənləşdirib ki, imkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilməsin. Yəni imkanı olmayan şəxs kredit ala bilmir. Kredit — geri qaytarılması mümkün olan borcdur. Kredit verildikdə ilk olaraq borcalanın bu borcu geri qaytarmaq imkanları təhlil olunur. Əgər qaytarılma riski müəyyən edilərsə, kredit verilməyəcək. Bank yalnız borcun geri qaytarılacağına əmin olduqda kredit ayrılır”.
“Kredit kiməsə yardım məqsədilə verilən vasitə deyil. O, faizlə geri qaytarılmalı olan borcdur. Lakin bəzən kredit verildikdən sonra borcalanın maliyyə vəziyyəti dəyişə bilər. Vətəndaş kredit götürərkən bu vəsaiti hansı məqsədlə istifadə edəcəyini dəqiq müəyyənləşdirməlidir. Əgər kredit qeyri-zəruri ehtiyaclar üçün istifadə olunursa, vətəndaş anlamalıdır ki, bu borcu faizlə geri qaytaracaq. Əgər krediti ödəyə bilməzsə, cərimələnə və ya daha yüksək faizlə üzləşə bilər”- deyə X.Kərimli qeyd edir.
İqtisadçı bildirir ki, kredit götürməzdən əvvəl vətəndaş aşağıdakı sualları özü üçün cavablandırmalıdır:
“Kredit doğrudan da zəruridir? Bu kredit problemlərin həllinə kömək edəcəkmi? Maddi imkanlar kreditin öhdəsindən gəlməyə yetərlidirmi? Əgər vətəndaş aşağı maaş alır, lakin bahalı telefon istifadə edir və ya lüks restoranlarda mütəmadi olaraq vaxt keçirirsə, bu halda kredit onun üçün əlavə maliyyə yükünə çevrilə bilər. Əksinə, əgər kredit vasitəsilə mənzil şəraitini yaxşılaşdırır və ya digər vacib ehtiyaclarını qarşılayırsa, bu halda kredit daha məqsədəuyğundur. Maliyyə qurumlarının yanaşmasına görə, vətəndaşın aylıq stabil gəliri 1000 manatdırsa, ona ən çox 450 manatlıq aylıq ödənişi olan kredit verilə bilər. Xüsusi hallarda — zaminlik və ya girov təminatı olduqda bu məbləğ aylıq gəlirin 70 faizinə qədər arta bilər”.

Nəticə etibarilə, vətəndaş kredit götürərkən məsuliyyətli davranmalı, şəxsi maliyyə siyasətini düzgün planlaşdırmalıdır.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərQeyri-sabit iqtisadiyyata baxmayaraq, kriptovalyutalara investisiya etməyin 4 səbəbi
19.01.2026COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
19.01.2026Azərbaycan Prezidenti "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülüb
19.01.2026
Azərbaycanda ən çox qadın sahibkar hansı rayonlardadır? - CƏDVƏL
19.01.2026"İvanovka" "Atena" və digər rəqibindən şikayətçidir
19.01.2026Bakıda çovğun olacaq
19.01.2026Bu şəxslər öz-özünü sığorta edəcəklər
19.01.2026Prezidentlə xanımı İsveçrədədir - Fotolar
19.01.2026“İmkanı zəif olan şəxslərə bank sektoru tərəfindən kredit verilmir” - İqtisadçı
19.01.2026Azərbaycanda 22 mindən çox işsiz var
19.01.2026İsrailin Azərbaycandakı sabiq səfiri vəfat etdi
19.01.2026Ötən il dövlət büdcəsində 528 milyon manata yaxın profisit olub
19.01.2026Azərbaycan əhalisinin sayı açıqlandı
19.01.2026Sabah bir sıra yollar bağlanacaq
19.01.2026"Kapital Bank"ın kredit portfeli 5 milyard manatı ötüb
19.01.2026Milyarderlərin əməl edib, adi insanların nəzərə almadığı qaydalar - “Pul qanunları”
19.01.2026