Redaktor
Oksford lüğəti 2024-cü ilin sözünü açıqlayıb
Oksford İngilis Dili Lüğəti "beyin çürüməsi" ("brain rot") ifadəsini 2024-cü ilin sözü elan edib.
Valyuta.az-ın məlumatına görə, bu barədə Oksford Universiteti Nəşriyyatının ("Oxford University Press") Mətbuat Xidməti məlumat yayıb.
Lüğət "beyin çürüməsi"ni belə izah edib: "Əsasən trivial və ya primitiv hesab edilən materialın (xüsusilə onlayn kontent) həddindən artıq istehlakının nəticəsi kimi qəbul edilən zehni və ya intellektual vəziyyətin güman edilən pisləşməsi". Qeyd olunub ki, son bir ildə bu söz lüğətdə əvvəlkindən 230% daha çox axtarılıb.
Bildirilib ki, "beyin çürüməsi" sözünün ilk istifadəsi 1854-cü ildə amerikalı yazıçı Henri David Toro (1817-1862) tərəfindən "Volden, yaxud meşədə həyat" ("Walden; or, Life in the Woods") kitabında qeydə alınıb. Son aylarda bu söz sosial şəbəkələrdə sürətlə populyarlaşıb və bloqerlərin və jurnalistlərin daimi leksikonuna daxil olub.
İlin sözü "Oxford University Press"in ekspertləri tərəfindən nəşriyyatın saytında onlayn səsvermənin nəticələri nəzərə alınmaqla seçilib. Ümumilikdə altı söz seçimə təqdim edilib. "Beyin çürüməsi"ndən başqa, "təmkinli" sözünün sinonimi olan "demyur" (demure) sifəti, süni intellekt tərəfindən yaradılan aşağı keyfiyyətli onlayn kontenti bildirən "slop" ismi və müzakirə mövzusunu anlamaq üçün lazım olan kimsə və ya nəsə haqqında faktlar və biliklərin məcmusunu ifadə edən "lor" (lore) ismi də var. Bundan əlavə, qısa siyahıya "romantezi" ("romantasy" - romantik fentezi) və "dinamikpraysinq" ("dynamic pricing") isimləri də daxil edilib.
2023-cü ildə Oksford lüğətinə görə ilin sözü "üslub, cazibə və ya cəlbedicilik" mənasını verən "rizz" ismi olub. Kembric İngilis Dili Lüğəti isə daha əvvəl "manifestləşdirmək" (manifest) feilini 2024-cü ilin sözü elan edib. Bu söz "vizualizasiya və təsdiqləmə kimi metodlardan istifadə edərək arzulanan bir şeyə nail olduğunuzu təsəvvür etməyə kömək etmək və bu cür hərəkətlərin həmin nailiyyətlərin ehtimalını artıracağına inanmaq" mənasını verir.
© Oxu.Az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSponsorluq biznesə nə qazandırır?
13.01.2026Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin ®
13.01.2026Bakı-Sumqayıt ekspres marşrutlarında qiymət dəyişikliyi ediləcək
13.01.2026ABB-nin İdarə Heyətinə yeni üzv seçildi
13.01.2026Nazir generalı təqaüdə göndərdi
13.01.2026"Lukoil"un qlobal aktivlərinin alışı üçün şirkətlər mübarizədə
13.01.2026
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON
13.01.2026Daha 9 startap vergidən azad olundu
13.01.2026Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"
13.01.2026İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi
13.01.2026Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb
13.01.2026İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub
13.01.2026İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub
13.01.2026