Redaktor
Nazir Hasil Abbasova müavin təyin etdi
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə Eşqin Əli oğlu Bayramov Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
Valyuta.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Eşqin Bayramov 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dillər Universitetində "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr, 2011-2013-cü illərdə Ukraynanın Regionlararası Heyəti İdarəetmə Akademiyasında "Ölkəşünaslıq - Avropa ölkələri” ixtisası üzrə magistr və 2013-2017-ci illərdə Ukraynanın Çerniqov Milli Texnologiya Universitetində doktorantura təhsili alıb.
Doktorantura təhsili dövründə beynəlxalq qrant layihəsinin qalibi olub və Yunanıstanın Beynəlxalq Hellenic Universitetində elmi tədqiqatçı kimi çalışıb.
İqtisad elmləri üzrə fəlsəfə doktorudur.
2016-2021-ci illərdə Britaniyanın Şeffild Universitetində "Marketinq, reklam və ictimaiyyətlə əlaqələr” ixtisası üzrə təhsil alıb.
2011-2025-ci illərdə Bakı Biznes Universitetində şöbə müdiri, prorektor, müəllim işləyib.
2025-ci ilin fevral ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovdur. O, 8 yanvar 2026-cı ildə bu vəzifəyə təyin olunub.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAbşeronda təhlükəli ərazi plana düşdü - Əhaliyə kompensasiya ödəniləcək
12.01.2026Bu quruma yeni aparat rəhbəri təyin olundu
12.01.2026Prezident bu şəxslərin hərbi xidmət müddətini 6 ay azaltdı
12.01.2026BP-nin distribyutoru nizamnamə kapitalını 8 milyon manatdan çox azaldıb
12.01.2026Almaqdan çəkinməli olduğunuz avtomobillər - SİYAHI
12.01.202615 il əvvəl çıxan "iPhone" yenidən populyarlaşdı: Səbəb nədir?
12.01.2026Sabah intensiv yağış yağacaq, sulu qara keçəcək
12.01.2026Banklarda valyuta risklərinə nəzarət gücləndirilir - RƏSMİ
12.01.2026Dövlət Neft Fondunun xərcləri bu səbəblərə görə azalıb
12.01.2026Prezidentin sədrliyi ilə müşavirə keçirildi
12.01.2026Milyonlarla istifadəçisi olan "Microsoft" tətbiqi "təqaüdə" çıxır
12.01.2026Azərbaycan qazının builki büdcə qiyməti açıqlanıb
12.01.2026Məzənnə dəyişəndə, kimlər qazanır, kimlər itirir?
12.01.2026"Birmarket"in direktoru dəyişdi
12.01.2026