Redaktor
Banklarda valyuta risklərinə nəzarət gücləndirilir - RƏSMİ
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti banklarda açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi ilə bağlı yeni Qaydanı təsdiqləyib.
Valyuta.az xəbər verir ki, bununla bağlı AMB-nin sədrinin birinci müavini Əliyar Məmmədyarov müvafiq qərar imzalayıb.
Qərara əsasən, hər bir xarici valyuta üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı xalis spot mövqe, xalis forvard mövqe, habelə reallaşması dəqiq olan və geri qaytarıla bilməyən qarantiyalar (benefisiar tərəfindən artıq tələb irəli sürülmüş) və oxşar alətlər, o cümlədən kredit xətləri və akkreditivlər nəzərə alınacaq.
Kredit xətləri üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı isə aşağıdakı kreditə konvertasiya əmsalları tətbiq ediləcək:
- müddəti bir ilədək olduqda - 20 % (kreditə konvertasiya əmsalı 0,2);
- müddəti bir ildən çox olduqda - 50 % (kreditə konvertasiya əmsalı 0,5);
- müqavilə əsasında banka öhdəliyi birtərəfli qaydada tam yerinə yetirməmək hüququ verildiyi hallarda - 10 % (kreditə konvertasiya əmsalı 0,1).
Bu Qaydanın məqsədləri üçün istifadə olunan sərbəst dönərli valyutaların siyahısı aşağıdakılardır:

Açıq valyuta mövqeyi üzrə limitləri:

Beləliklə, bnkların bir valyuta üzrə uzun və qısa açıq valyuta mövqeləri üzrə limitlər qapalı valyutalar üçün 7 %-dən 5 %-ə, məcmu uzun və qısa açıq valyuta mövqeləri üzrə limitlər isə 14 %-dən 10 %-ə endirilib.
Yeni qaydanın təsdiqi ilə bağlı ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatasının 16 noyabr 2018-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları" qüvvədən düşmüş hesab edilir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAbşeronda təhlükəli ərazi plana düşdü - Əhaliyə kompensasiya ödəniləcək
12.01.2026Bu quruma yeni aparat rəhbəri təyin olundu
12.01.2026Prezident bu şəxslərin hərbi xidmət müddətini 6 ay azaltdı
12.01.2026BP-nin distribyutoru nizamnamə kapitalını 8 milyon manatdan çox azaldıb
12.01.2026Almaqdan çəkinməli olduğunuz avtomobillər - SİYAHI
12.01.202615 il əvvəl çıxan "iPhone" yenidən populyarlaşdı: Səbəb nədir?
12.01.2026Sabah intensiv yağış yağacaq, sulu qara keçəcək
12.01.2026Banklarda valyuta risklərinə nəzarət gücləndirilir - RƏSMİ
12.01.2026Dövlət Neft Fondunun xərcləri bu səbəblərə görə azalıb
12.01.2026Prezidentin sədrliyi ilə müşavirə keçirildi
12.01.2026Milyonlarla istifadəçisi olan "Microsoft" tətbiqi "təqaüdə" çıxır
12.01.2026Azərbaycan qazının builki büdcə qiyməti açıqlanıb
12.01.2026Məzənnə dəyişəndə, kimlər qazanır, kimlər itirir?
12.01.2026"Birmarket"in direktoru dəyişdi
12.01.2026