Redaktor
Ən çox filialı olan banklar - CƏDVƏL
Azərbaycanda fəaliyyət göstərən banklar arasında filial şəbəkəsinin genişliyi müştərilərə daha əlçatan və operativ xidmət göstərmək baxımından mühüm rol oynayır. Xüsusilə bölgələrdə maliyyə xidmətlərinə çıxışın artırılması bankların fəaliyyət effektivliyini və sosial əhəmiyyətini daha da artırır.
Valyuta.az xəbər verir ki, ölkədə ən çox filial sayına malik olan bank "Kapital Bank"dır – bu maliyyə qurumunun 114 filialı var.
İkinci yerdə isə 77 filialla "Azərbaycan Beynəlxalq Bankı" qərarlaşır. Hər iki bank ölkə üzrə geniş yayılmış şəbəkəsi ilə maliyyə xidmətlərinin regionlara çıxarılmasında mühüm rol oynayır.
Azərbaycanda ən çox filialı olan banklar aşağıdakı cədvəldəki kimidir:
| Banklar | Filial sayı (ən çox) |
|---|---|
| Kapital Bank | 114 |
| Azərbaycan Beynəlxalq Bankı | 77 |
| Bank Respublika | 39 |
| AccessBank | 38 |
| Unibank | 32 |
| Rabitabank | 30 |
| Xalq Bank | 30 |
| Yelo Bank | 21 |
| Bank of Baku | 19 |
| TuranBank | 18 |
| 12.01.2026 |
Mayya Hüseynova