Redaktor
Məzənnə dəyişəndə, kimlər qazanır, kimlər itirir?
Valyuta məzənnəsində baş verən dəyişikliklər ilk baxışdan sadəcə rəqəmlərin yerinin dəyişməsi kimi görünə bilər. Bu dəyişikliklərin təsiri bəzən dərhal hiss olunur, bəzən isə zamanla üzə çıxır. Bəziləri üçün bu proses gündəlik qərarlara təsir edən mühüm amilə çevrilir, digərləri üçün isə sadəcə statistik göstəricidən ibarət olur. Məzənnə dəyişikliyi bir qrup üçün yeni imkanlar yaradırsa, digər qrup üçün gözlənilməz risklər və itkilərlə müşayiət olunur.
Bəs məzənnə dəyişiklikləri zamanı ən çox kimlər qazanır və kimlər itirir?
İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a bildirir ki, məzənnə dəyişikliyinin mənfi istiqamətdə olması, yəni yerli valyutanın ucuzlaşması, müsabət yox, daha çox mənfi təsir göstərir:
“Çünki bu, birbaşa inflyasiyanı sürətləndirir və əhalinin alıcılıq qabiliyyətini aşağı salır. Eyni zamanda, pul-kredit mühitində ciddi problemlər yaratmağa başlayır. Xarici valyutada öhdəliyi olanların gəlirləri milli valyutada olduğundan, onlar həmin öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkirlər. Digər tərəfdən, banklardakı əmanətlər də ciddi şəkildə öz dəyərini itirir. Əlavə olaraq, sahibkarlar üçün iqtisadi fəaliyyət daralır. Xammalın qiyməti artır, idxal məhsullarının qiymətində kəskin artımlar müşahidə olunur. Nəticədə, hər şey bahalaşdığı üçün bu məhsul və xidmətlərə ödəniş edənlərin sayı da avtomatik olaraq azalır”.
E. Əmirov bununla belə, ucuzlaşmanın müsbət tərəflərinin də mövcud olduğunu qeyd edir:
“Belə ki, yerli valyutanın dəyərdən düşməsi, fəaliyyətini ixraca yönəldən sahibkarlar üçün müsbət amil hesab olunur. Çünki bu hal həmin sahibkarlara digər ölkələrdən olan rəqiblərlə müqayisədə rəqabət üstünlüyü qazandırır. Yəni, qeyd etdiyim kimi, məzənnə dəyişikliyi alıcılıq qabiliyyətinə, bank sektoruna, kredit portfelinə, əhalinin istehlak gücünə və turizm sahəsinə təsir göstərir. Bu təsir bəzən müsbət, bəzən isə mənfi olur”.

“Ümumiləşdirilmiş şəkildə demək olar ki, əgər bir ölkədə ixracda qeyri-neft sektorunun payı yüksəkdirsə, idxaldan asılılıq azdırsa və daxili istehsal üstünlük təşkil edirsə, o zaman həmin ölkədə yerli valyutanın ucuzlaşması təhlükəli hesab olunmur, əksinə, bu prosesin müsbət tərəfləri daha çoxdur. Lakin idxaldan asılı olan ölkələrdə milli valyutanın dəyərdən düşməsi daha çox risklər yaradır” – deyə iqtisadçı vurğulayır.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAbşeronda təhlükəli ərazi plana düşdü - Əhaliyə kompensasiya ödəniləcək
12.01.2026Bu quruma yeni aparat rəhbəri təyin olundu
12.01.2026Prezident bu şəxslərin hərbi xidmət müddətini 6 ay azaltdı
12.01.2026BP-nin distribyutoru nizamnamə kapitalını 8 milyon manatdan çox azaldıb
12.01.2026Almaqdan çəkinməli olduğunuz avtomobillər - SİYAHI
12.01.202615 il əvvəl çıxan "iPhone" yenidən populyarlaşdı: Səbəb nədir?
12.01.2026Sabah intensiv yağış yağacaq, sulu qara keçəcək
12.01.2026Banklarda valyuta risklərinə nəzarət gücləndirilir - RƏSMİ
12.01.2026Dövlət Neft Fondunun xərcləri bu səbəblərə görə azalıb
12.01.2026Prezidentin sədrliyi ilə müşavirə keçirildi
12.01.2026Milyonlarla istifadəçisi olan "Microsoft" tətbiqi "təqaüdə" çıxır
12.01.2026Azərbaycan qazının builki büdcə qiyməti açıqlanıb
12.01.2026Məzənnə dəyişəndə, kimlər qazanır, kimlər itirir?
12.01.2026"Birmarket"in direktoru dəyişdi
12.01.2026