Redaktor
“Mindsite” 2 milyon dollar investisiya alıb
Elektron ticarət və rəqəmsal rəf analitikası sahəsində fəaliyyət göstərən “Mindsite”, 2 milyon dollarlıq yeni investisiya raundunu başa vurduğunu açıqlayıb. “Mindsite” 2020-ci ildə “Workup Girişimcilik Programı”nın altıncı mərhələsinə seçilən 14 startapdan biri olub.
Valyuta.az xəbər verir ki, şirkət 2021-ci ilin yanvarında “Maxis”in rəhbərliyi ilə 2,8 milyon TL investisiya alıb, 2022-ci ilin dekabrında isə 1,9 milyon dollar cəlb edib.
2024-cü ildə “Mindsite” 15 milyon dollar dəyərində qiymətləndirmə ilə 1,5 milyon dollar investisiya əldə edib.
Şirkət yeni vəsaitlə qlobal təşkilati strukturunu gücləndirməyi və məhsul xəttində miqyaslana bilən həllərin inkişafını qarşıya məqsəd qoyur. Bildirilir ki, investisiyanın mühüm hissəsi e-ticarət əməliyyatlarında qərarvermə proseslərini avtomatlaşdıran və tədbir görmə qabiliyyətinə malik süni intellekt agentlərinin inkişafına yönəldiləcək.
Hazırda İngiltərə və İndoneziyada ofisləri və komandaları olan “Mindsite”, yaxın dövrdə Malayziya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Braziliyada da fəaliyyətə başlamağı planlaşdırır. Bu genişlənmə hər bir bazarda Türkiyədən köçürülmüş əsas komanda ilə yerli mütəxəssislərin birlikdə çalışdığı hibrid struktur modeli ilə həyata keçiriləcək.
“Mindsite”ın təsisçi ortağı və baş direktoru İsmayıl Arapzadə bildirib ki, şirkəti ilk gündən etibarən markaların rəqəmsal rəf əməliyyatlarını sadəcə izləyən deyil, eyni zamanda idarə edən qərarverici bir təbəqə kimi mövqeləndiriblər. Onun sözlərinə görə, bu investisiya “Mindsite”ın qlobal miqyasda bu yanaşmanı daha da dərinləşdirməsinə, süni intellekt agent əsaslı məhsullarını inkişaf etdirərək qərarvermə proseslərini daha avtonom hala gətirməsinə və beynəlxalq təşkilatlanmanı daha möhkəm baza üzərində qurmasına imkan verəcək.
Mayya Hüseynova