Redaktor
Lüks pərakəndə satış nəhəngi iflas elan etdi
Lüks pərakəndə satış nəhəngi "Saks Global" ABŞ-də müflislikdən qorunma üçün müraciət edib.
Valyuta.az xəbər verir ki, şirkətə məxsus Saks Fifth Avenue, Neiman Marcus və Bergdorf Goodman kimi tanınmış lüks mağazalar bu prosesə daxildir.
Müflislik sənədlərinə əsasən, "Saks Global"ın lüks brendlərə milyonlarla dollar borcu var. Şirkət "Chanel"ə 136 milyon dollardan çox, "Kering"ə 59 milyon dollar, "Capri Holdings"ə isə 33 milyon dollar borcludur.
Maliyyə çətinlikləri əsasən 2024-cü ildə "Neiman Marcus"un 2,2 milyard dollar dəyərində yüksək faizli borcla alınmasından sonra dərinləşib. Ümumi həcmi 2,7 milyard dollar olan sövdələşməyə "Amazon" və "Salesforce" də sərmayə qoyub.
Şirkətin 10-25 min arası kreditoru var, aktiv və öhdəlikləri isə 1-10 milyard dollar aralığında qiymətləndirilir.