Niyə kollec tələbələri təcrübə proqramlarından kənarda qalır?

Redaktor

14.01.2026 20:16
327

Niyə kollec tələbələri təcrübə proqramlarından kənarda qalır?

Bir çox qurumlar tələbələr üçün təcrübə proqramları təşkil edir. Bu proqramlar müxtəlif sahələrdə ola bilər. Amma çox vaxt müşahidə etdiyimiz bir hal var. Bu təcrübə proqramları bakalavr və magistr oxuyan tələbələr üçün təşkil olunmuş olur. Kollec tələbələri üçün müəyyən olunmuş təcrübə proqramları ya olmur, ya da az-az görünür. Buna səbəb nədir? 

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov Valyuta.az-a bildirib ki, problemin kökündə kolleclərin sistemli şəkildə əmək bazarı ilə əlaqə qura bilməməsi dayanır: "Kolleclərin təcrübə proqramlarında passiv qalmasının əsas səbəblərindən biri də bu sahənin uzun illər təhsildə aparılan islahatlardan kənarda qalmasıdır. Orta məktəb təhsili ilə müqayisədə kollec təhsilinin inkişaf tempi xeyli zəif olub.

Bu da kolleclərin əmək bazarının tələblərinə uyğunlaşmasını çətinləşdirib. Son dövrlərdə Elm və Təhsil Nazirliyi tərəfindən aparılan yeni təyinatlar və islahat təşəbbüsləri müəyyən müsbət təsir göstərsə də, illərlə formalaşmış yanlış yanaşmaların dəyişdirilməsi zaman tələb edir. Bu islahatların real nəticə verməsi üçün kolleclərdə struktur və məzmun baxımından dərin dəyişikliklər aparılmalıdır".

Q.Məhərrəmov vurğulayır ki, inkişaf etmiş ölkələrin təcrübəsində kolleclər əmək bazarı ilə birbaşa əməkdaşlıq edir, müəssisələrin ehtiyaclarını öyrənir və onların təklif etdiyi fənləri tədris proqramlarına daxil edirlər. Nəticədə tələbələr müxtəlif sahələr üzrə müəssisələrdə real iş mühitində təcrübə keçmək imkanı qazanırlar və məzun olduqdan sonra əmək bazarına daha hazırlıqlı daxil olurlar".

Qoşqar Məhərrəmov yazır...

Təhsil mütəxəssisi deyir ki, kolleclər subbakalavr səviyyəli təhsil müəssisələri hesab olunur və bu qurumların əsas öhdəliklərindən biri məhz real sektorla sıx əməkdaşlıq qurmaqdır: "Kollecləri idarə edən strukturlar şirkətlər və istehsal müəssisələri ilə davamlı əlaqədə olmalı, tədris proqramlarını birbaşa əmək bazarının tələblərinə uyğunlaşdırmalıdır. Bu proqramların tərkibində isə mütləq şəkildə 3-5 aylıq real təcrübə mərhələləri yer almalıdır".

Ekspert əlavə edir ki, bu model pedaqoji fakültələrdə artıq tətbiq olunur: "Belə ki, həmin fakültələrdə təhsil alan tələbələr son kurslarda - məsələn, məktəblərə göndərilir və təlim-tədris prosesi ilə birbaşa tanış olurlar. Eyni yanaşma kolleclərdə də tətbiq edilməlidir. Praktika kollec təhsilinin ayrılmaz hissəsinə çevrilməli, formal xarakter daşımamalıdır".

"Ümidvaram ki, yaxın illərdə kollec təhsili əmək bazarının real ehtiyaclarına uyğunlaşdırılacaq və bu təhsil pilləsi praktik bacarıqlara malik, rəqabətqabiliyyətli kadrların hazırlanmasında mühüm rol oynayacaq", - deyə Q.Məhərrəmli qeyd edib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

14.03.2026

Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb? - VİDEO

14.03.2026

Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur?

14.03.2026

"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər

14.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Məzənnə

Yüklənir...