Aİ Ukraynaya 90 milyard avro kredit hazırlayır

Redaktor

14.01.2026 21:36
26

Aİ Ukraynaya 90 milyard avro kredit hazırlayır

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib ki, Ukraynaya 2026 və 2027-ci illər üçün 60 milyard avro hərbi, 30 milyard avro isə büdcə dəstəyi olmaqla, ümumilikdə 90 milyard avro məbləğində kredit veriləcək.

Valyuta.az xəbər verir ki, fon der Lyayen, Aİ Komissiyası üzvlərinin Brüsseldə keçirdiyi həftəlik iclasdan sonra jurnalistlərə açıqlama verib.

Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümünə yaxınlaşıldığını xatırladan fon der Lyayen, Rusiyanın nə geri çəkilməyə, nə peşman olmağa, nə də sülh axtarışına dair heç bir əlamət göstərmədiyini vurğulayıb.

O bildirib ki, sülh üçün Ukrayna güclü mövqeyə sahib olmalıdır və buna görə də 2026 və 2027-ci illərdə bu ölkənin hərbi və büdcə ehtiyacları qarşılanacaq.

Fon der Lyayen qeyd edib ki, Aİ-yə üzv ölkələrin liderləri Ukraynanı sabit və proqnozlaşdırıla bilən maliyyə dəstəyi ilə təmin etməkdə razılaşıblar: “Aİ Komissiyası bu razılaşmanı həyata keçirəcək hüquqi təklifləri qəbul edib. Ukraynaya 2026 və 2027-ci illər üçün 90 milyard avro məbləğində kredit verəcəyik. Bu təşəbbüs 27 üzv dövlətdən 24-nün iştirakı ilə gücləndirilmiş əməkdaşlıq çərçivəsində həyata keçiriləcək”.

Fon der Lyayen əlavə edib ki, bu dəstəklə Ukraynanın döyüş meydanındakı mövqeyi gücləndiriləcək, müdafiə qabiliyyəti artırılacaq və dövlət strukturlarının, eləcə də əsas xidmətlərin fəaliyyəti təmin ediləcək.

O bildirib ki, vəsait iki hissəyə bölünəcək: 60 milyard avro hərbi yardım, 30 milyard avro isə ümumi büdcə dəstəyi üçün nəzərdə tutulub.

Fon der Lyayen vurğulayıb ki, Ukrayna ayrılacaq hərbi vəsaiti Aİ və "Avropa Azad Ticarət Assosiasiyası"na (EFTA) üzv ölkələrdən avadanlıq almaq üçün istifadə edəcək və yalnız zəruri avadanlıqlar Aİ ölkələrində mövcud olmadıqda xaricdən təmin ediləcək.

O, həmçinin qeyd edib ki, 30 milyard avroluq büdcə dəstəyi Ukraynanın islahatlarını davam etdirməsi üçün nəzərdə tutulub və bu dəstəkdən faydalanmaq üçün Ukrayna demokratiya, qanunun aliliyi və korrupsiya ilə mübarizə kimi tələblərə əməl etməlidir.

Sözügedən təklif Aİ-yə üzv ölkələr və Avropa Parlamenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“İnsanlar nəzarəti itirə bilər" - Saadiyə Zahidi

14.01.2026

"Pensiyaçı"ların görə biləcəyi 7 iş

14.01.2026

İnflyasiyanın zənginlərə gözlənilməz təsirinin 5 yolu

14.01.2026

2026-cı ildə CV-lər necə dəyişəcək? - Ən vacib 5 trend açıqlanıb

14.01.2026

“Mindsite” 2 milyon dollar investisiya alıb

14.01.2026

Yanacağın qiymətindəki dəyişiklik gediş haqqına təsir edəcək?

14.01.2026

Aİ Ukraynaya 90 milyard avro kredit hazırlayır

14.01.2026

Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edildi

14.01.2026

Şahdağ və Tufandağda xizək keçid qiymətləri - CƏDVƏL

14.01.2026

Niyə kollec tələbələri təcrübə proqramlarından kənarda qalır?

14.01.2026

İnşaat işçisinin bəxti gətirdi: Cibindəki 2 avroya bir mənzil aldı

14.01.2026

Ölkənin birinci bankı cəmi gəlirlilik üzrə 2025-ci ilin lideridir: 1 milyard 881 milyon 674 min manat ®

14.01.2026

ABŞ 75 ölkənin vətəndaşları üçün vizaların verilməsini dayandırır

14.01.2026

Azərbaycana 13 manata gətirilib, 41-60 manat arası satılır

14.01.2026

Şahin Bağırov polkovnikin iş yerini dəyişdi

14.01.2026

“Unibank”ın faiz xərcləri 23 milyon manatdan çox artıb

14.01.2026

“LinkedIn” profilində süni intellekt ilə maraqlandığını qeyd et

14.01.2026

Dini qurumlarla bağlı artıq ödənişlər büdcəyə qaytarılıb

14.01.2026

Bakıda 1,7 milyonluq əmlak hərraca çıxarıldı

14.01.2026

Azərbaycanda cəza çəkən 4 erməni Ermənistana təhvil verilib

14.01.2026

Məzənnə

Yüklənir...