İnflyasiyanın zənginlərə gözlənilməz təsirinin 5  yolu

Redaktor

14.01.2026 22:50
318

İnflyasiyanın zənginlərə gözlənilməz təsirinin 5 yolu

İnflyasiya – hər il eyni məhsul və xidmətlər üçün daha çox pul ödədiyiniz, xoşagəlməz, lakin qaçılmaz bir iqtisadi qüvvədir. İqtisadiyyat orta hesabla illik 2%-lik inflyasiyanı udmağa qadirdir, lakin bu göstərici daha yüksək olduqda, insanlar bunun təsirini daha ciddi hiss edirlər.

Aşağı və orta gəlirli insanlar inflyasiyanın təsirlərini tez-tez hiss edirlər. Bəs ya ultra-zənginlər? Onlar da bu prosesdən təsirlənirmi?

Bəli, lakin bu təsirlər digərlərinə nisbətən fərqli şəkildə baş verir. Aşağıda inflyasiyanın zənginlərə təsir edən bəzi gözlənilməz yolları qeyd olunub:

İnvestisiyalarının dəyərini azaldır

İnflyasiya yüksəldikdə, sabit borcu olan insanlar – məsələn, 30 illik sabit faizli ipoteka və ya avtomobil krediti olanlar – maliyyə baxımından daha yaxşı vəziyyətdə olurlar. Lakin sabit gəlir gətirən aktivlərə sahib olanlar – məsələn, istiqrazlar, depozit sertifikatları və sabit ödənişli illik ödənişlər – ziyana düşürlər. Stenford İqtisadi Siyasət Araşdırmaları İnstitutuna görə, bu vəziyyət borc verənləri itkiyə məruz qoyur, borc alanlar isə qazanır.

Məsələn, bir dostunuza 5% faizlə 100 dollar borc verirsiniz və gələn il sizə 105 dollar qaytarmalıdır. Əgər inflyasiya 0% olsa, siz real mənada qazanırsınız. Lakin inflyasiya 10% olarsa, o 105 dolların alıcılıq qabiliyyəti azalır və sizə daha ucuz pulla qaytarılmış olur.

Bu vəziyyət adətən köhnə, zəngin ailələrin sahib olduqları istiqrazlar və nağd vəsaitin dəyərini azaldır. Əvəzində isə bir çox orta təbəqəyə aid gənc ailələr inflyasiya səbəbilə ipoteka borclarının faktiki dəyərinin azalmasından faydalanırlar.

Nağd və istiqrazların dəyərini azaldır

Yüksək inflyasiya əksər investisiya portfelləri üçün, xüsusilə də ABŞ korporativ səhmləri və investisiya fondlarının yarısından çoxuna sahib olan ən varlı 1% üçün pis xəbərdir.

İstiqrazlar sabit məbləğdə ödəniş etdiyindən, inflyasiya artdıqca həmin məbləğlərin real alıcılıq gücü azalır. Səhmlər də təsirlənə bilər, çünki qiymət artımları faiz dərəcələrinin artmasına səbəb olur, bu isə səhmlərin dəyərləndirilməsinə və gəlirlərinə təhdid yaradır. Tarix göstərir ki, yüksək və ya gözlənilməz inflyasiya dövrlərində həm səhmlər, həm də istiqrazlar inflyasiyadan sonra zəif gəlir təqdim edir.

Ultra-zənginlər çox az halda şəxsi borc daşıyırlar, bu səbəbdən inflyasiya onların borc yükünü azaltmır. Lakin nağd pullarının və istiqrazlarının alıcılıq qabiliyyəti azalır.

Əmlak qiymətlərinə təsir edir

"White Coat Investor" analitiki Cim Deylinin fikrincə, inflyasiya ultra-zənginlərin daşınmaz əmlak sahəsindəki mövqelərinə də təsir edir.

Məsələn, əgər 500.000 dollarlıq ev bir il sonra 525.000 dollar dəyərində qiymətləndirilirsə və bu, 5%-lik inflyasiya ilə baş veribsə, bu zaman real zənginlik artımı baş vermir. Qiymət sadəcə nominal olaraq artıb, lakin eyni miqdarda məhsul və xidmət almaq mümkün olduğu üçün alıcılıq qabiliyyəti dəyişməyib.

Ümumi investisiya imkanlarına zərər vurur

Cim Deylinin sözlərinə görə, inflyasiya “investorun ən böyük düşmənidir”. Səhmlər, inflyasiyadan qorunan dövlət istiqrazları (TIPS), xammallar, qiymətli metallar və kriptovalyutalar inflyasiyaya qarşı dayanıqlı ola bilər, lakin bank hesabları, depozit sertifikatları və istiqrazlar bu dövrdə zəifləyir.

Portfeli inflyasiyadan qorumaq üçün müxtəlif növ investisiyaların olması vacibdir. Ultra-zənginlər daha çox sərmayə yatırdıqları üçün eyni zamanda daha çox riskə məruz qalırlar. Ümumilikdə isə inflyasiyalı dövrlər səhmlər və istiqrazlar üçün zəif gəlirliliklə əlaqələndirilir.

İnvestisiya qərarlarına təsir göstərir

İnflyasiyalı mühit varlı investorların qərarlarını dəyişə bilər. Məsələn, onlar pullarını bankda saxlamaq əvəzinə, "sərt aktivlərə" – daşınmaz əmlak və ya dəyərini qoruyan digər əmlak növlərinə – yönəldə bilərlər. Onlar həmçinin fərqli iş imkanlarını qiymətləndirə və ya fərqli sahələrə investisiya qoya bilərlər.

Cim Deyl bildirir ki, “bu cür iqtisadi mühitin bir çox təsiri olur və ümumi nəticə mənfi olur”.

Nəticə: İnflyasiya ultra-zənginlərin xalis sərvətini azaldır. Lakin yaxşı xəbər odur ki, bu proses bəzən orta təbəqə borcalanlarına fayda verə bilər.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ödənilən cərimə vəsaitlərini geri almaq mümkün olacaq - VİDEO

14.03.2026

Bakının daşınmaz əmlak bazarında qiymət artımı: Hansı ərazilərdə mənzillər bahalaşıb? - VİDEO

14.03.2026

Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur?

14.03.2026

"Meta" süni intellekt xərclərinə görə işçilərin 20%-ni ixtisar edə bilər

14.03.2026

Sağalmaz xəstəliklərdən həyat sığortasında 3 dəfəyə yaxın artım olub

14.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

14.03.2026

"Atlassian" işçilərinin 10%-ni ixtisar edəcək

14.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

14.03.2026

Sosial mediada kimlik oğurluğu: Saxta səhifələr necə işləyir?

14.03.2026

"Google" "Gemini" ilə ani selləri proqnozlaşdırmaq üçün 5 milyon xəbər məqaləsini analiz edib

14.03.2026

Azərbaycanda dövlət agentliyi ləğv edildi

14.03.2026

Dünyanın ən zəngin və xoşbəxt ölkələri - Siyahı

14.03.2026

Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi - REPORTAJ

14.03.2026

“Wonderful” 150 milyon dollar investisiya alıb

14.03.2026

Niyə ən yaxşı ideyalarınız iclaslarda diqqətdən kənarda qalır?

14.03.2026

Azərbaycan neftinin qiyməti 109 dolları keçdi

14.03.2026

Kiçik sahibkarlığa verilən kreditlər 154 milyon manatdan çox artıb

14.03.2026

2 əsr əvvəl sabun bişirən gəncin biznesi bu gün milyardlar qazandırır - "Colgate" hekayəsi - SƏHƏR OXUSU

14.03.2026

Süni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır

13.03.2026

Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti

13.03.2026

Məzənnə

Yüklənir...