Redaktor
Milyonlarla vergi borcu olan şirkətlər bağlandı
İki şirkət "Azlayihə İnşaat" MMC-yə qoşularaq ləğv olundu.
Valyuta.az xəbər verir ki, "Kometa-A" Məhdud Məsuliyyətli Cəmiyyəti və "ALTİS" Məhdud Məsuliyyətli Cəmiyyəti "Azlayihə İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşularaq ləğv edildiklərini elan ediblər.
"Kometa-A" MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Eyvazov Samran Tahir oğlu olub. Hazırda şirkətin 1.312.054,16 manat məbləğində vergi borcu mövcuddur.
"ALTİS" MMC də 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Mahmudov Cavid Fuad oğlu, nizamnamə kapitalı isə 10 manat təşkil edir. Hazırda şirkətin 3.517.964,23 manat məbləğində vergi borcu mövcuddur.
Qeyd edək ki, şirkətlərin birləşdiyi "Azlayihə İnşaat"ın da 6.142.328,21 manat vergi borcu var. Şirkət 2012-ci ildə "AVEY-V 2012" MMC adı ilə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi isə Hüseynov Talıb Sabir oğludur.
Maya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"iPhone" dünyanın aktiv smartfon bazasının 1/4-ni tutur
11.02.2026Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib
11.02.2026Azərbaycanda startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
11.02.2026"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır
11.02.2026"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı
11.02.2026İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub
11.02.2026İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib
11.02.2026"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi
11.02.2026