Milyonçuların əməl etdiyi 5 qayda - “CNBC Make It”

Redaktor

23.03.2025 14:30
330

Milyonçuların əməl etdiyi 5 qayda - “CNBC Make It”

“Artıq varlı insanlara sitayiş etməyi dayandırıb, onların əslində nə etdiyini təqlid etməyin vaxtıdır”

Valyuta.Az xəbər verir ki, bunu, bütün sərvətini öz səylri nəticəsində əldə edən, milyonçu, müəllif və televiziya aparıcısı Ramit Seti “CNBC Make It” üçün paylaşdığı son xəbər bülletenində yazıb.

Onun fikrinə görə, zənginlər müəyyən ortaq xüsusiyyətləri var ki, onlar da əsasən aşağıdakılardan ibarətdir.

1. Maliyyə vəziyyətinizi dərindən bilin

Əgər illik gəlirinizin nə qədər olduğunu bilirsinizsə, deməli Setinin son 20 ildə maliyyə məsləhətləri verdiyi insanların çoxundan bir addım öndəsiniz.

Rəqəmlərinizi bilməlisiniz”, – deyə o qeyd edib. “Təəccüblüdür ki, mənimlə danışan cütlüklərin 50 faizi ümumi gəlirlərini bilmir. Borcu olan insanların isə 90 faizi nə qədər borcu olduğunu belə bilmir.

O, həmçinin aşağıdakı yeddi əsas suala diqqət yetirməyi tövsiyə edib:

- İllik gəlirim nə qədərdir?  
- Borcum nə qədərdir və onu nə vaxt ödəyəcəyəm?  
- Gəlirimin neçə faizi qənaət olunur?  
- Neçə faizi investisiya edilir?  
- Gəlirimin nə qədərini evə xərcləyirəm?  
- Nəyə daha çox və daha az xərcləmək istəyirəm?  
- Pul haqqında inancım nədir?

Bu suallara cavab tapmaq kifayət etmir – həmin cavablara əsaslanaraq tədbirlər görülməlidir.

Puldan başı çıxan varlı insanlar gələn ay, gələn il və hətta beş ildən sonra nə qədər vəsaitə sahib olacaqlarını dəqiq bilirlər”, – deyə Seti vurğulayıb.

2. Pul qərarları üçün sistemlər qurun 

Yaxşı maliyyə qərarları vermək üçün təkcə iradəyə güvənmək olmaz.

Büdcə hazırlayıb ona ciddi əməl etməkdənsə, maliyyə sistemlərini avtomatlaşdırmaq daha məqsədəuyğundur. Qənaət, investisiya və ödənişlərin avtomatik həyata keçirilməsi maliyyə qərarlarını asanlaşdırır.

Bu, əməkhaqqından 401(k) kimi təqaüd fondlarına avtomatik köçürmə və ya bank hesabınızdan təyin olunmuş tarixlərdə transfertlər vasitəsilə mümkündür. Gözlənilməz gəlirlərlə bağlı da qaydalar müəyyən edib, onun bir hissəsini investisiyaya yönəltmək olar.

Varlı insanlar maliyyə uğurlarını bugünkü motivasiyaya bağlamırlar. Onlar pullarını avtomatik idarə edən güclü sistemlər qururlar”, – deyə o qeyd edib.

3. Zərurət yaranmazdan əvvəl plan qurun  

Həyat gözlənilməz hadisələrlə doludur. Lakin varlı insanların üstünlüyü odur ki, onlar gələcəyə dair konkret planlara malikdirlər.

Setiyə görə, əksər insanlar nə qədər qənaət və ya investisiya etməli olduqlarını bilmir. Sadəcə havadan rəqəm götürüb, illərlə bu planlara əməl edə bilmədikləri üçün özlərini günahkar hiss edirlər.

Sistemi elə qurun ki, çətin vəziyyətə düşməyəsiniz”, – deyə o tövsiyə edib.

4. 80/20 prinsipinə əsaslanın  

Setiyə görə, varlı insanlar “80/20” prinsipindən istifadə edirlər: nəticələrin 80 faizi səylərin 20 faizindən yaranır. Şəxsi maliyyədə bu prinsip gündəlik xərclər əvəzinə əsas maliyyə qərarlarına fokuslanmaq deməkdir.

Məsələn, qəhvəni evdə hazırlamaq əvəzinə, maaş artımı əldə etməyə və ya mənzil xərclərini azaltmağa çalışmaq daha effektlidir.

Bu suallar sizə on minlərlə dollar qazandıra bilər, amma biz hələ də xırdalıqlarla məşğul olub, özümüzü kiçik düşüncəyə məhkum edirik”, – deyə Seti vurğulayıb.

5. Qiymətə deyil, dəyərə fokuslanın  

Ən ucuz məhsulları seçməklə müəyyən qənaət əldə etmək mümkündür. Lakin bu, bəzən keyfiyyətsiz təcrübə ilə nəticələnə bilər.

Seti yazır ki, maliyyə baxımından düşünən varlı insanlar yalnız qiymətə deyil, dəyərə diqqət yetirirlər. O, şəxsi idman məşqçisinə pul ödəməklə "YouTube"dan istifadə arasında seçim edərkən vaxtına qənaət etdiyini və bunun daha dəyərli olduğunu qeyd edib.

Bu qayda yalnız sizin üçün əhəmiyyətli olan sahələrdə tətbiq olunmalıdır. Yəni, sizə dəyərli gələn bir neçə istiqamətə sərmayə qoyun, digər sahələrdə qənaət edin.

Pulun məqsədi onu yığmaq deyil. Pulun məqsədi problemləri həll etmək və həyatdan zövq almaqdır”, – deyə o yekunlaşdırıb.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Kredit kartı borcu ilə başlayan biznes milyardlıq şirkətə çevrildi

12.03.2026

"Replit" 400 milyon dollar investisiya cəlb edib

12.03.2026
YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır?

YDM-lərdə ən çox kəşbək verən banklar hansılardır? - CƏDVƏL

12.03.2026

İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü ilə görüşüb

12.03.2026

Sabahın hava proqnozu

12.03.2026

Dövlət Agentliyi: Karqo xidmətlərində istehlakçılara qiymətlər barədə düzgün məlumat verilmir

12.03.2026

DİN rəsmisi: "Ötən il Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"

12.03.2026
Hər gün “Bu gün son gündür” deyirlər

Hər gün “Bu gün son gündür” deyirlər - Müştəri bir dəfə aldana bilər...

12.03.2026

Toğrul Əliyev: Rəqəmsal maliyyənin inkişafı istehlakçı hüquqlarının qorunmasından asılıdır

12.03.2026

Dünyanın ən gənc milyarderləri - Ən gəncinin 20 yaşı var

12.03.2026

İlham Əliyev: Neftin qeyri-tarazlı qiymətləri onu hasil edən ölkələrin xeyrinə deyil

12.03.2026

İlham Əliyev: Ermənistan öz tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək

12.03.2026

“Premium Bank” nağd mədaxillər üzrə yeni komissiya tutacaq

12.03.2026

Nazir müavini: "mygov"dan istifadə edən vətəndaşların sayı 2,5 milyona çatıb

12.03.2026

Mərkəzi hökumətə xalis tələblər 5.2 milyard manat azalıb

12.03.2026

Cəfər Babayev: "İstehlakçı hüquqlarında rəqəmsal sahə ilə bağlı şikayətlər artır"

12.03.2026

Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur ®

12.03.2026

zypl.ai 2 milyon dollar investisiya cəlb edib

12.03.2026

Prezident: Minsk qrupunun həmsədrlərinin məqsədi münaqişəni həll etmək deyildi

12.03.2026

İlham Əliyev: Bakı və İrəvan ticarət əlaqələri qurub, bu da sülhün uzunmüddətli olmasından xəbər verir

12.03.2026

Məzənnə

Yüklənir...