Micron rekord qırdı: Bazar dəyərinə görə "Tesla" və "Meta"nı geridə qoydu

Redaktor

26.06.2026 11:55
215

Micron rekord qırdı: Bazar dəyərinə görə "Tesla" və "Meta"nı geridə qoydu

Süni intellekt sahəsində davam edən güclü yüksəliş yaddaş çipi istehsalçısı "Micron Technology"nin bazar dəyərini rekord səviyyəyə çatdırıb.

Valyuta.az xəbər verir ki, son bir il ərzində şirkətin səhmləri təxminən 900% bahalaşıb. Bugünkü ticarət sessiyasında isə "Micron" səhmləri 15%-dən çox artaraq 1 255 dollara yüksəlib və tarixi maksimumunu yeniləyib.

Bu yüksəliş nəticəsində şirkətin bazar dəyəri 1,402 trilyon dollara çataraq 1,401 trilyon dollarlıq "Tesla" və 1,37 trilyon dollarlıq "Meta" şirkətlərini geridə qoyub. Bununla da "Micron" dünyanın ən dəyərli şirkətləri siyahısında 11-ci pilləyə yüksəlib.

Əvvəllər süni intellekt sahəsində əsas diqqət yüksək hesablama gücünə malik prosessorlara yönəlmişdi. Lakin AI ekosistemi genişləndikcə yüksək sürətli operativ yaddaş (RAM) və böyük həcmli məlumat saxlama həllərinə tələbat da sürətlə artıb. Bu isə "Micron" kimi yaddaş çipi istehsalçılarının əhəmiyyətini daha da artırıb.

Şirkətin məhsulları süni intellekt üçün qurulan iri məlumat mərkəzlərində geniş istifadə olunur. Xüsusilə Nvidia ilə yanaşı "Micron"un yaddaş həlləri AI infrastrukturunun vacib komponentlərindən birinə çevrilib.

"Micron" son dövrdə 16 strateji və uzunmüddətli müqavilə imzalayıb. Bu müqavilələr şirkətə ümumilikdə 100 milyard dollar məbləğində təminatlı gəlir qazandıracaq. Məlumata görə, bu vəsaitin 22 milyard dolları əvvəlcədən ödənilib.

Qeyd edək ki, 1978-ci ildə əsası qoyulan "Micron" bu müqavilələr sayəsində tarixinin ən yüksək ümumi mənfəət göstəricilərindən birini əldə edib.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Milyarder olmaq istəyirsiniz? Dünyanın ən varlı 1 faizinin uğur sirlərini öyrənin

26.06.2026

10 zəif təhsil almasına baxmayaraq uğur qazanmış insan

26.06.2026

Dünyanın ən bahalı 7 video oyunu

26.06.2026

Məktəbli hobbisindən qlobal brendə: 14 yaşlı yeniyetmə necə moda imperiyası qurdu?

26.06.2026

"Samsung" Cənubi Koreyada 648 milyard dollarlıq investisiyaya hazırlaşır

26.06.2026

Şənbə günü leysan yağacaq, güclü külək əsəcək

26.06.2026

Mərkəzi Bankın yeni qaydaları onlayn istehlak kreditlərinə necə təsir edəcək? - Ekspert izah etdi

26.06.2026

"Volkswagen" 100 minədək iş yerini ixtisar etməyi planlaşdırır

26.06.2026

Azərbaycanda hotellərin ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları yenilənib

26.06.2026

5 uğursuz dönüşdən 1 milyon dollarlıq uğura

26.06.2026

Micron rekord qırdı: Bazar dəyərinə görə "Tesla" və "Meta"nı geridə qoydu

26.06.2026

Kafe və restoranlara axan pullar 5 ildə 4 milyardı ötdü - CƏDVƏL

26.06.2026

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

26.06.2026

Tibbi sığorta üzrə yığımlar 81,6 milyon manata düşdü

26.06.2026

"Süni intellekt marketinqi öldürməyəcək, əsas problem pis marketoloqlardır"

26.06.2026

Bir iş yerində neçə il işləmək məsləhətdir?

26.06.2026

"iPhone 18 Pro" gözləniləndən daha ucuz olacaq - Yeni qiymət açıqlandı

25.06.2026

OpenAI ilk xüsusi süni intellekt çipini təqdim edib

25.06.2026

Ağıllı saat satışları artır: "Samsung" üçün təhlükə siqnalı...

25.06.2026

"Micron"un güclü nəticələri "Apple" üçün xəbərdarlıq siqnalıdır

25.06.2026

Məzənnə

Yüklənir...