Məşhur "YouTuber"lər bu dəfə "Snap"a qarşı iddia qaldırdı

Redaktor

27.01.2026 17:30
30

Məşhur "YouTuber"lər bu dəfə "Snap"a qarşı iddia qaldırdı

Bir qrup "YouTuber" videolarının icazələri olmadan süni zəka modellərinin öyrədilməsində istifadə olunduğunu iddia edərək texnologiya şirkətlərinə qarşı açdıqları iddialara bir yenisini əlavə edib. 

Valyuta.az xəbər verir ki, bu dəfə iddianın ünvanı “Snap” olub.

Təxminən 6,2 milyon abunəyə malik üç "YouTube" kanalının arxasındakı yaradıcılar “Snap”ın süni intellekt sistemlərini öz videoları üzərində öyrətdiyini iddia edir. Bu sistemlərin istifadəçilərin mətn komandaları ilə şəkilləri redaktə etməsinə imkan verən “Imagine Lens” kimi tətbiq içi xüsusiyyətlərdə istifadə olunduğu bildirilir. İddiaçılar bundan əvvəl də oxşar səbəblərlə “Nvidia”, “Meta” və “ByteDance” şirkətlərinə qarşı iddia qaldırmışdı.

ABŞ-ın Kaliforniya Mərkəzi Rayon Məhkəməsinə cümə günü təqdim olunan və toplu iddia kimi qiymətləndirilən ərizədə "YouTuber"lər “Snap”ın HD VILA 100M adlı böyük həcmli video dil məlumat dəstini və digər oxşar məlumat dəstlərini istifadə etdiyini iddia edir. İddia edilənə görə, bu məlumat dəstləri yalnız akademik və tədqiqat məqsədləri üçün nəzərdə tutulmuşdu.

İddialara görə, “Snap” bu məlumat dəstlərini ticarət məqsədilə istifadə etmək üçün "YouTube"un texnoloji qorunmalarını, xidmət şərtlərini və lisenziya məhdudiyyətlərini keçməyin yollarını tapıb. Qaydalar açıq şəkildə məzmunların ticarət istifadəsini qadağan edir. İddia ərizəsində müəllif hüquqlarının pozulmasının dayandırılması üçün daimi tədbir və eyni zamanda hüquqi kompensasiya tələb olunur.

İddianın öncülüyünü 5,52 milyon abunəyə malik “h3h3” "YouTube" kanalının yaradıcıları üzərinə götürüb. Onlara “MrShortGame Golf” və “Golfholics” adlı daha kiçik, golf mövzulu kanallar qoşulub. Bu iş, məzmun yaradıcıları ilə süni zəka modeli inkişaf etdirən şirkətləri qarşı-qarşıya gətirən çoxsaylı iddialardan yalnız biridir. Nəşriyyatlar, yazarlar, qəzetlər, istifadəçi yaradıcılığı platformaları və sənətçilər də oxşar müəllif hüquqları mübahisələri ilə məhkəməyə müraciət edən qruplar arasındadır.

Qeyd edək ki, bu, "YouTuber"lərin açdığı ilk iddia deyil. “Copyright Alliance” məlumatına görə, süni zəka şirkətlərinə qarşı bu günə qədər 70-dən çox müəllif hüquqları iddiası qaldırılıb.

Bəzi işlərdə məhkəmələr texnologiya şirkətləri tərəfində qərar verib. “Meta” ilə bir qrup yazar arasındakı dava buna misal göstərilir. Digər tərəfdən, “Anthropic” ilə bir qrup yazar arasındakı işdə tərəflər razılaşmağa gəlib və ödəniş həyata keçirilib. Bir çox iddia isə hələ də məhkəmə prosesindədir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Android 16”nın yenilənməsində problemlər yarandı

27.01.2026

ChatGPT reklamları cibinizi yandıracaq: "OpenAI"dən yüksək qiymət siyasəti

27.01.2026

100 mindən çox "Chrome" istifadəçisi təhlükədədir: Bu əlavələri dərhal silin

27.01.2026

“Atəşgah” Sığortanın illik yığımları 12 milyondan çox azalıb

27.01.2026
Nazirdən Mərkəz direktoruna qəribə cəza: Onu yeni direktora müavin təyin etdi

Nazirdən Mərkəz direktoruna qəribə cəza: Onu yeni direktora müavin təyin etdi

27.01.2026

Məşhur "YouTuber"lər bu dəfə "Snap"a qarşı iddia qaldırdı

27.01.2026

İşdən çıxarılan nazir müavini kimdir? - DOSYE

27.01.2026

ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb

27.01.2026

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! ®

27.01.2026

Sığorta ilə verilən dərmanlar aptekdən belə əldə olunacaq

27.01.2026

"Nvidia" süni intellekt şirkətinə 2 milyardlıq investisiya yatırdı

27.01.2026

"Bank Respublika"dan "Olivia Azerbaijan"a TRANSFER

27.01.2026

Hampfri Yanqa görə zənginliyin 7 gizli əlaməti

27.01.2026

Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı - Vəzifəsi ona tapşırıldı - FOTO

27.01.2026

Azərbaycanda ötən il 3 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb

27.01.2026

Kapital Bank ADNSU-da kiberdələduzluqla mübarizə mövzusunda təlim keçirib ®

27.01.2026

Sığorta şirkətləri yığımlarını 151 milyondan çox artırıb - RENKİNQ

27.01.2026

ARDNF-in Avropa ölkələri üzrə investisiya portfeli azalıb

27.01.2026

Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

27.01.2026

Sabit gəlirimizin 65%-i “gəlir tələsi”ndədir

27.01.2026

Məzənnə

Yüklənir...