Redaktor
“Android 16”nın yenilənməsində problemlər yarandı
“Google Pixel” smartfon istifadəçiləri yanvar ayının proqram təminatı yeniləməsindən sonra Wi-Fi və “Bluetooth” qoşulmalarında ciddi problemlərlə üzləşiblər.
Valyuta.az Oxu.az-a istinadən verir ki, “Android 16” bazasında olan yenilənmə zamanı “Pixel 8 Pro”, “Pixel 10” və “Pixel 10 Pro XL” modellərində simsiz şəbəkə funksiyalarının tamamilə sıradan çıxması barədə şikayətlər artıb.
Məlumata görə, “Google” forumlarında və “Reddit”də istifadəçilər cihazların Wi-Fi şəbəkələrini tapa bilmədiyini, “Bluetooth”un isə aktivləşmədiyini bildirirlər. Bəzi hallarda isə bu nasazlıqlar kamera tətbiqinin donması və fənərin işləməməsi ilə müşayiət olunur.
Qeyd edək ki, mütəxəssislər problemin “Google Play Services” tərəfindən idarə olunan arxa plan proseslərindəki xətalarla bağlı ola biləcəyini ehtimal edirlər.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərOnlar üçün imtahan keçiriləcək
27.01.2026Ağıllı telefonların batareya probleminə qaşrı inqilabi həll
27.01.2026“Android 16”nın yenilənməsində problemlər yarandı
27.01.2026ChatGPT reklamları cibinizi yandıracaq: "OpenAI"dən yüksək qiymət siyasəti
27.01.2026100 mindən çox "Chrome" istifadəçisi təhlükədədir: Bu əlavələri dərhal silin
27.01.2026“Atəşgah” Sığortanın illik yığımları 12 milyondan çox azalıb
27.01.2026