İşdən çıxarılan nazir müavini kimdir?

Redaktor

27.01.2026 17:10
109

İşdən çıxarılan nazir müavini kimdir? - DOSYE

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçilik şöbəsinin müdiri Seymur Səfərli  nazirin yeni müavinləri təyin edilib.

Digər sərəncamla indiyədək kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışan Sarvan Cəfərov bu postdan azad olunub.

Beləliklə, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Eks-nazir müavini Sarvan Cəfərovun dosyesini təqdim edirik:

S.Cəfərov 1985-ci ilin 28 oktyabrında anadan olub.

1992-2003-cü illərdə Bakı şəhərindəki 178 saylı orta məktəbdə təhsil alıb.

2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr təhsili alıb.  2007-2008-ci illərdə hərbi xidmətdə olub.

2008-2010-cu illərdə milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə Bakı Dövlət Universitetində magistr təhsili alıb.

2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsində məsləhətçi işləyib.

2012-2018-ci illərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində sədrin köməkçisi vəzifəsində işləyib.

2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə olunması (MBA) ixtisası üzrə magistr təhsili alıb.

2015-2017-ci illərdə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramı çərçivəsində Avstriyada yerləşən Beynəlxalq Anti Korrupsiya Akademiyasında magistr təhsili alıb.

2020-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin doktorantı olub.

2018-ci iln aprel ayından 2019-cu ilin noyabr ayına qədər Kənd Təsərrüfatı Nazirliyində nazirin köməkçisi olub.

2019-cu ilin noyabr ayından 2020-ci ilin mart ayına kimi nazirin müşaviri vəzifəsində işləyib.

2020-ci ilin mart ayından iyul ayına kimi Kənd Təsərrüfatı Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.

2020-ci il iyulun 30-da Prezidentin sərəncamı ilə kənd təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib. 
2026-cı il yanvarın 27-də kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.

Evlidir, 3 övladı var.

©Modern.az

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

100 mindən çox "Chrome" istifadəçisi təhlükədədir: Bu əlavələri dərhal silin

27.01.2026

“Atəşgah” Sığortanın illik yığımları 12 milyondan çox azalıb

27.01.2026
Nazirdən Mərkəz direktoruna qəribə cəza: Onu yeni direktora müavin təyin etdi

Nazirdən Mərkəz direktoruna qəribə cəza: Onu yeni direktora müavin təyin etdi

27.01.2026

Məşhur "YouTuber"lər bu dəfə "Snap"a qarşı iddia qaldırdı

27.01.2026

İşdən çıxarılan nazir müavini kimdir? - DOSYE

27.01.2026

ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb

27.01.2026

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! ®

27.01.2026

Sığorta ilə verilən dərmanlar aptekdən belə əldə olunacaq

27.01.2026

"Nvidia" süni intellekt şirkətinə 2 milyardlıq investisiya yatırdı

27.01.2026

"Bank Respublika"dan "Olivia Azerbaijan"a TRANSFER

27.01.2026

Hampfri Yanqa görə zənginliyin 7 gizli əlaməti

27.01.2026

Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı - Vəzifəsi ona tapşırıldı - FOTO

27.01.2026

Azərbaycanda ötən il 3 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb

27.01.2026

Kapital Bank ADNSU-da kiberdələduzluqla mübarizə mövzusunda təlim keçirib ®

27.01.2026

Sığorta şirkətləri yığımlarını 151 milyondan çox artırıb - RENKİNQ

27.01.2026

ARDNF-in Avropa ölkələri üzrə investisiya portfeli azalıb

27.01.2026

Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

27.01.2026

Sabit gəlirimizin 65%-i “gəlir tələsi”ndədir

27.01.2026

Bu ölkədən Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb

27.01.2026

Ermənistan Azərbaycandan şəkər tozu almaq üçün danışıqlara başladı - KİV

27.01.2026

Məzənnə

Yüklənir...