100 mindən çox "Chrome" istifadəçisi təhlükədədir: Bu əlavələri dərhal silin

Redaktor

27.01.2026 18:13
31

100 mindən çox "Chrome" istifadəçisi təhlükədədir: Bu əlavələri dərhal silin

“Symantec” tədqiqatçıları tərəfindən aşkarlanan bu zərərli alətlər ümumilikdə 100 mindən çox kompüterə yayılıb. Bu əlavələr panodakı məlumatları oğurlamaqdan brauzer sessiyalarını ələ keçirməyə qədər geniş spektrli kibercinayət fəaliyyətləri həyata keçirə bilir və istifadəçilərin rəqəmsal təhlükəsizliyini səssiz şəkildə təhdid edir.

Valyuta.az xəbər verir ki, Aaşkarlanan riskli əlavələr arasında xəbər hazırlanarkən belə mağazada yüklənə bilən “Good Tab” diqqət çəkir. Bu əlavə istifadəçiyə məlumat vermədən kopyaladığınız bütün məzmunlara giriş və onları dəyişdirmə icazəsinə malikdir. Bu isə yalnız parolların oğurlanması deyil, həm də kriptovalyuta köçürməsi zamanı kopyalanmış pul kisəsi ünvanının hücumçunun ünvanı ilə dəyişdirilməsi kimi ciddi maliyyə riskləri yaradır.

Bənzər təhlükə yaradan digər əlavə isə “Stock Informer”dir. Tərkibindəki kritik təhlükəsizlik boşluğu uzaqdan giriş əldə edən hücumçulara istifadəçi kompüterində istədikləri kodu işə salmağa imkan verir. Bu əlavə də hələ aktiv şəkildə yayılmaqda davam edir.

Bəzi əlavələr “Google” tərəfindən mağazadan silinsə də, quraşdırıldıqları cihazlarda fəaliyyətini davam etdirir. Məsələn, “Children Protection” adlı tətbiq zahirən uşaqların qorunması üçün nəzərdə tutulmuş alət kimi təqdim olunsa da, əslində tam funksiyalı idarəetmə mərkəzi kimi işləyir. Brauzer çərəzlərini toplayaraq sessiyaları oğurlayır və uzaqdan göndərilən əmrlərlə istənilən vaxt zərərli proqrama çevrilə bilir.

“DPS Websafe” isə məşhur reklam bloklayıcı “Adblock Plus”ın ikonlarını təqlid edərək istifadəçiləri aldadır, axtarış nəticələrini dəyişdirir və istifadəçi fəaliyyətini izləyir.

Mütəxəssislər xəbərdarlıq edir ki, rəsmi mağazada yer almaq tətbiqin mütləq təhlükəsiz olduğu anlamına gəlmir. Yuxarıda adı çəkilən əlavələrin vaxt itirmədən sistemlərdən silinməsi tövsiyə olunur. Rəqəmsal gigiyenanı qorumağın ən etibarlı yolu əlavələrin sayını minimuma endirmək və yalnız zəruri, etibarlı tarixçəsi olan alətlərdən istifadə etməkdir. Bəzən “təsdiqlənmiş” nişanı belə hücumçular üçün ən güclü gizlənmə vasitəsinə çevrilə bilər.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Android 16”nın yenilənməsində problemlər yarandı

27.01.2026

ChatGPT reklamları cibinizi yandıracaq: "OpenAI"dən yüksək qiymət siyasəti

27.01.2026

100 mindən çox "Chrome" istifadəçisi təhlükədədir: Bu əlavələri dərhal silin

27.01.2026

“Atəşgah” Sığortanın illik yığımları 12 milyondan çox azalıb

27.01.2026
Nazirdən Mərkəz direktoruna qəribə cəza: Onu yeni direktora müavin təyin etdi

Nazirdən Mərkəz direktoruna qəribə cəza: Onu yeni direktora müavin təyin etdi

27.01.2026

Məşhur "YouTuber"lər bu dəfə "Snap"a qarşı iddia qaldırdı

27.01.2026

İşdən çıxarılan nazir müavini kimdir? - DOSYE

27.01.2026

ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb

27.01.2026

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! ®

27.01.2026

Sığorta ilə verilən dərmanlar aptekdən belə əldə olunacaq

27.01.2026

"Nvidia" süni intellekt şirkətinə 2 milyardlıq investisiya yatırdı

27.01.2026

"Bank Respublika"dan "Olivia Azerbaijan"a TRANSFER

27.01.2026

Hampfri Yanqa görə zənginliyin 7 gizli əlaməti

27.01.2026

Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı - Vəzifəsi ona tapşırıldı - FOTO

27.01.2026

Azərbaycanda ötən il 3 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb

27.01.2026

Kapital Bank ADNSU-da kiberdələduzluqla mübarizə mövzusunda təlim keçirib ®

27.01.2026

Sığorta şirkətləri yığımlarını 151 milyondan çox artırıb - RENKİNQ

27.01.2026

ARDNF-in Avropa ölkələri üzrə investisiya portfeli azalıb

27.01.2026

Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi

27.01.2026

Sabit gəlirimizin 65%-i “gəlir tələsi”ndədir

27.01.2026

Məzənnə

Yüklənir...