Redaktor
ARDNF-in Avropa ölkələri üzrə investisiya portfeli azalıb
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin dəyəri 2025-ci il yanvarın 1-nə 73 milyard 539,7 milyon ABŞ dolları təşkil edib.
Valyutaa.z xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 milyard 510,2 milyon dollar və ya 22,5 % artım deməkdir.
Müvafiq göstərici 2024-cü ilin əvvəlində 60 milyard 29,5 milyon dollar olub.
Hesabat dövründə portfelin regionlar üzrə bölgüsündə bir sıra dəyişikliklər baş verib. Avropa ölkələrinin payı 25,9 % təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 4,8 faiz bəndi azalma deməkdir. Qeyd edək ki, 2024-cü ilin əvvəlində bu göstərici 30,7 % idi.
Şimali Amerika üzrə investisiyalar 4,1 faiz bəndi azalaraq 23,9 %-ə (əvvəl 28,0 %), Asiya regionu üzrə isə 4,9 faiz bəndi azalaraq 8 %-ə (əvvəl 12,9 %) enib.
Əvəzində Yaxın Şərq üzrə investisiyalar 0,8 faiz bəndi artaraq 1,4 %-ə (əvvəl 0,6 %), Avstraliya və Yeni Zelandiya üzrə isə 0,2 faiz bəndi artaraq 0,9 %-ə (əvvəl 0,7 %) çatıb. Latın Amerikası regionunun payında dəyişiklik olmayıb və 0,1 % olaraq qalıb.
Fondun strukturunda beynəlxalq maliyyə təşkilatlarının payı 4,8 faiz bəndi azalaraq 1,6 % olub. Ən kəskin artım isə qızıl aktivlərində qeydə alınıb - bu göstərici 17,6 faiz bəndi yüksələrək 38,2 %-ə çatıb.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərHampfri Yanqa görə kiminsə gizli şəkildə varlı olduğunu göstərən 7 əlamət
27.01.2026Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı - Vəzifəsi ona tapşırıldı - FOTO
27.01.2026Azərbaycanda ötən il 3 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb
27.01.2026Kapital Bank ADNSU-da kiberdələduzluqla mübarizə mövzusunda təlim keçirib ®
27.01.2026Sığorta şirkətləri yığımlarını 151 milyondan çox artırıb - RENKİNQ
27.01.2026ARDNF-in Avropa ölkələri üzrə investisiya portfeli azalıb
27.01.2026Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi
27.01.2026"Sabit gəlirimizin 65%-i “gəlir tələsi”ndədir"
27.01.2026Bu ölkədən Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb
27.01.2026Ermənistan Azərbaycandan şəkər tozu almaq üçün danışıqlara başladı
27.01.2026Azərbaycanda hotellər ötən il 653 mln. manat gəlir əldə ediblər
27.01.2026Hazırda izləniləsi və ya investisiya ediləsi ən yaxşı texnologiya səhmləri
27.01.2026