Redaktor
Hampfri Yanqa görə zənginliyin 7 gizli əlaməti
Maliyyə üzrə təsirçi və keçmiş maliyyə müşaviri Hampfri Yanqın son "YouTube" videosuna əsasən, varlı insanlar hər zaman var-dövlətlərini nümayiş etdirmirlər və əslində, ən sakit görünənlər çox vaxt ən çox sərvətə sahib olurlar.
Yanq insanın gizli şəkildə varlı olduğunu göstərən 7 əlaməti sadalayır. Bu əlamətləri anlamaqla sərvət toplamaq istəyən hər kəs onlardan dərs çıxara bilər.
Onlar “üç E” haqqında danışmaqdan çəkinirlər
Yanqın fikrincə, sakit və varlı insanlar “üç E” — “gəlir” (“earn”), “bahalı” (“expensive”) və “israf” (“excess”) anlayışlarından uzaq dururlar. Başqa sözlə, nə qədər qazandıqlarını dilə gətirmir, baha başa gələn əşyalarını nümayiş etdirmir və dəbdəbəli həyat tərzlərini göz önünə sərmirlər.
“Əsl varlı insanların artıq sübuta ehtiyacı qalmır, çünki onların pulu var və bunu başqalarına sübut etməyə lüzum görmürlər”, – Yanq bildirir.
Onlar bahalı çantalar, lüks saatlar və ya ekzotik səfərləri haqqında danışmırlar. Çünki Yanqın sözlərinə görə, yalnız sərvətinə əmin olmayan insanlar bu barədə öyünür.
Ən əsası isə onlar “xarici görünüşdə israfdan” qaçırlar. Çünki əsl varlılar anlayırlar ki, “həyatın gerçək lüksləri seçim azadlığı, rahatlıq və azadlıqla bağlıdır, ən dəbdəbəli əşyalarla yox”.
Yanq hesab edir ki, insan varlanmazdan əvvəl belə bir yanaşmanı mənimsəsə, var-dövlət toplamaq yolunda daha irəlidə olar. Çünki enerjisini görüntüyə yox, sərvət qurmağa yönəldər.
Onlar köhnə, etibarlı avtomobillər sürürlər
Varlılığın gizli əlamətlərindən biri də dəbdəbəli avtomobil parkı deyil, 5-10 il köhnə etibarlı avtomobillərdir. Bu, həm amortizasiya itkisindən qaçmaq, həm də sərmayəyə vəsait ayırmaq üçün edilir.
“Hər ay 500-800 dollar avtomobil ödənişinə xərcləmək və dəyəri daim azalan bir şeyə pul yatırmaq çox mənfi investisiya gəliridir”, – deyə Yanq vurğulayır.
Əgər bu məbləğ sərmayəyə yönləndirilsə, 10 il ərzində mürəkkəb faizlərlə “100 min dollardan çox dəyərə çata bilər”.
Onlar “adi olmayan şeylər” alırlar – məsələn, zaman
Yanq deyir ki, gizli varlılar status simvollarına deyil, “adi olmayan şeylərə” pul xərcləyirlər. Onlardan biri də zamandır. Çünki varlılar anlayırlar ki, “dünyada tükənən yeganə resurs zamandır”.
Ona görə də şəxsi sürücülərdən tutmuş aşpazlara, şəxsi təyyarələrdən alış-veriş məsləhətçilərinə qədər müxtəlif yollarla öz vaxtlarını satın alırlar.
Eyni zamanda nadir sənət əsərləri, bahalı şərablar, idman yadigarları və ya hətta “Pokemon” kartları toplamaq kimi hobbilərlə də məşğul ola bilərlər. Yanq qeyd edir ki, onlar sərvətlərini adi insanların etdiyi kimi nümayiş etdirməkdənsə, nadir və zərif əşyalara olan həvəs vasitəsilə bunu edirlər.
Onlar öz imiclərini diqqətlə qoruyurlar
Gizli varlı insanlar öz imiclərinə önəm verirlər və başqalarında qıcıq doğurmamaq üçün bunu diqqətlə idarə edirlər. Onlar əldə etdiklərini qorumaq üçün uğurlarını gizlətməyə, sərvətə dair sualları yayındırmağa və özlərini gözə soxmamağa çalışırlar.
Yanq bildirir ki, onlardan cavab almağın ən çətin olduğu sual “sənin sərvətin nə qədərdir?” sualıdır. Onlar heç vaxt var-dövlətlərinin miqyasını etiraf etməzlər.
Onlar xırda xərcləri ciddi təhlil edirlər
Bir insanın varlı olduğunu anlamaya bilərsiniz, çünki o, 100 dollardan aşağı alış-veriş haqqında ətraflı suallar verir, amma zəruri olan böyük xərclərə gəldikdə tərəddüd etmir.
Yanq düşünür ki, bu davranış onların sərvəti necə qazandığı ilə bağlıdır: “Bu, çox vaxt sərvətini özü qazanmış insanlarda olan bir vərdişdir”. İlin sonunda bu cür qənaət vərdişləri böyük məbləğdə yığıma çevrilə bilər.
Onlar təxirə salınmış məmnuniyyətə yiyələniblər
Yanq bildirir ki, varlı insanlar istədikləri hər şeyə sahib olduqları üçün, “digərləri alış-veriş edərkən gözləməyi” bacarırlar. Onlar bir əşyanı aylarla araşdırıb ən uyğun fürsəti gözləyə bilərlər. Hətta çox vaxt gözləmə müddətində həmin əşyanın onlara lazım olmadığını başa düşürlər.
“Gizli varlı insan qənaətcil və dəyər yönümlü ola bilər və yalnız həqiqətən sevdiyi bir şeyi əldə etmək üçün gözləməyə razı olar”, – deyə Yanq əlavə edir.
O, orta gəlirli insanlar üçün də belə bir tövsiyə verir: Əgər təcili ehtiyac yoxdursa, alışdan əvvəl 7-30 gün gözləyin. Təxirə salınmış məmnuniyyət “sizi gələcəkdə həqiqətən varlı edə biləcək əsas anlayışdır”.
Onlar imkanlarından az xərcləyirlər
Gizli varlılar “Malibu”da villalarda yox, təvazökar evlərdə yaşayırlar və bu evlərin sahibi də ola bilərlər. Məsələn, milyarder Uorren Baffetin dəbdəbəli həyat tərzindən uzaq durması buna yaxşı nümunədir.
Hər kəs daha çox qazandıqca, həyat tərzində artım — yəni “lifestyle creep” adlı problem yaranır. Amma Yanqa görə, gizli varlılar bu cəhətdən daha xoşbəxt olurlar.
“Varlılığın bir çox səviyyəsi var, amma əgər məqsəd ən dolğun həyatı yaşamaqdırsa, məncə, bu barədə səssiz qalmaq sizi daha xoşbəxt edər”.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİşdən çıxarılan nazir müavini kimdir? - DOSYE
27.01.2026ARDNF-nin investisiya portfelində xarici valyutaların pay bölgüsü açıqlanıb
27.01.2026Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu! ®
27.01.2026Sığorta ilə verilən dərmanlar aptekdən belə əldə olunacaq
27.01.2026"Nvidia" süni intellekt şirkətinə 2 milyardlıq investisiya yatırdı
27.01.2026"Bank Respublika"dan "Olivia Azerbaijan"a TRANSFER
27.01.2026Hampfri Yanqa görə zənginliyin 7 gizli əlaməti
27.01.2026Nazirliyin Nəqliyyat İdarəsinin direktoru işdən çıxarıldı - Vəzifəsi ona tapşırıldı - FOTO
27.01.2026Azərbaycanda ötən il 3 minə yaxın ailə dövlətdən kirayəyə mənzil götürüb
27.01.2026Kapital Bank ADNSU-da kiberdələduzluqla mübarizə mövzusunda təlim keçirib ®
27.01.2026Sığorta şirkətləri yığımlarını 151 milyondan çox artırıb - RENKİNQ
27.01.2026ARDNF-in Avropa ölkələri üzrə investisiya portfeli azalıb
27.01.2026Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi
27.01.2026Sabit gəlirimizin 65%-i “gəlir tələsi”ndədir
27.01.2026Bu ölkədən Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb
27.01.2026Ermənistan Azərbaycandan şəkər tozu almaq üçün danışıqlara başladı - KİV
27.01.2026Azərbaycanda hotellər ötən il 653 mln. manat gəlir əldə ediblər
27.01.2026Ən populyar texnologiya səhmləri
27.01.2026