Redaktor
İşğaldan azad edilən ərazilərdə işlə təmin olunan vətəndaşların sayı məlum olub
“İşğaldan azad olunmuş ərazilərə köçən vətəndaşlarımızın 58 faizi dövlət, 42 faizi isə özəl sektorda çalışır.”
Valyuta.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Agentlikdə ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, aktiv məşğulluq tədbirlərindən biri olan peşə hazırlığı proqramları işğaldan azad olunmuş ərazilərdə də tətbiq edilir. Belə ki, 152 nəfər peşə hazırlığına cəlb olunaraq müvafiq qaydada işlə təmin edilib.
Ümumilikdə isə işğaldan azad olunmuş ərazilərdə peşə hazırlığına cəlb edilən vətəndaşların sayı 360 nəfərə çatıb.
Qeyd edilib ki, 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə 18 əmək yarmarkası keçirilib. Bununla da həmin ərazilərdə təşkil olunan əmək yarmarkalarının ümumi sayı 26-ya yüksəlib.
Bildirilib ki, 2026-cı ildə də bu prosesin davam etdirilməsi nəzərdə tutulur.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Google"a qarşı gizli dinləmə iddiası: 68 milyon dollarlıq qərar
27.01.2026Pomidor ixracından əldə olunan gəlir 192 milyon dollara çatıb
27.01.2026Sabahın hava proqnozu
27.01.2026İşğaldan azad edilən ərazilərdə işlə təmin olunan vətəndaşların sayı məlum olub
27.01.2026Prezident polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu - FOTOLAR
27.01.2026Avtomobillər satışa çıxarılır - 1 170 manatdan
27.01.2026Hasil Abbasov: "Azərbaycanda 60 mindən çox boş iş yeri var"
27.01.2026"11 mindən çox qadın peşə hazırlığına cəlb olunub"
27.01.2026“İnnovasiya və Təchizat Mərkəzi” 1,5 milyonluq tender elan edib
27.01.2026İlham Əliyev Sumqayıtda açılışda iştirak etdi - FOTOLAR
27.01.2026"Ötən il Azərbaycanda 189 mindən çox insan işlə təmin edilib"
27.01.2026Tanınmış yükdaşıma şirkətinin rəhbərliyinə müşavir təyin edildi
27.01.2026