Redaktor
"Google"a qarşı gizli dinləmə iddiası: 68 milyon dollarlıq qərar
ABŞ-ın texnologiya şirkəti "Google", ağıllı cihaz istifadəçilərini “məlumatları olmadan dinlədiyi” iddiası ilə açılan kollektiv məhkəmə iddiasını yekunlaşdırmaq üçün 68 milyon dollar ödəməyə razılaşıb.
Valyuta.az "The Hill" nəşrinə istinadən xəbər verir ki, Şimali Kaliforniya federal məhkəməsinə təqdim olunan iddia sənədlərində prosesin "Google"un səsli köməkçi texnologiyası olan "Google Assistant"la bağlı iddialar əsasında başladığı bildirilib.
Sənədlərdə qeyd olunur ki, sözügedən alət yalnız “Hey Google” və ya “Okay Google” kimi ifadələr işlədildikdə, yaxud cihaz üzərindəki düyməyə basıldıqda səs yazmalı olduğu halda, bu ifadələr istifadə edilmədən də istifadəçilərin şəxsi danışıqlarını qeydə alıb. İddialara görə, bu hal "Google" telefonları, ev üçün ağıllı dinamiklər, noutbuklar, planşetlər və simsiz qulaqcıqlar da daxil olmaqla bir çox məhsulu əhatə edib.
"Google" uzun müddət davam edə biləcək hüquqi prosesin yaradacağı qeyri-müəyyənlik, risk və maliyyə xərclərindən yayınmaq məqsədilə 68 milyon dollar ödəməyi qəbul etdiyini açıqlayıb.
Razılaşmanın qüvvəyə minməsi üçün ABŞ bölgə hakimi Bet Labson Friman tərəfindən təsdiqlənməsi tələb olunur.
Qeyd edək ki, ABŞ-ın digər texnologiya nəhəngi "Apple" da yanvarın 3-də səsli köməkçi texnologiyası "Siri"nin istifadəçilərin məxfiliyini pozduğu iddiası ilə açılan kollektiv iddia üzrə razılaşmaya gedərək 95 milyon dollar ödəməyə razı olmuşdu.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərARDNF-in Avropa ölkələri üzrə investisiya portfeli azalıb
27.01.2026Tikintiyə icazə verilməsi ilə bağlı qaydalarda dəyişiklik edildi
27.01.2026"Sabit gəlirimizin 65%-i “gəlir tələsi”ndədir"
27.01.2026Bu ölkədən Azərbaycana gətirilən qurudulmuş yemiş və halvalarda göbələk kifi aşkarlanıb
27.01.2026Ermənistan Azərbaycandan şəkər tozu almaq üçün danışıqlara başladı
27.01.2026Azərbaycanda hotellər ötən il 653 mln. manat gəlir əldə ediblər
27.01.2026Hazırda izləniləsi və ya investisiya ediləsi ən yaxşı texnologiya səhmləri
27.01.2026