"11 mindən çox qadın peşə hazırlığına cəlb olunub"

Redaktor

27.01.2026 11:48
49

"11 mindən çox qadın peşə hazırlığına cəlb olunub"

2025-ci ildə 18 mindən çox vətəndaş peşə hazırlığına cəlb olunub.

Valyuta.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Agentlikdə ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2025-ci il ərzində peşə hazırlığı proqramlarına cəlb olunan vətəndaşların sayı 18 mini ötüb. Bu şəxslərin 11 mindən çoxunu qadınlar təşkil edib.

Hasil Abbasov qeyd edib ki, peşə hazırlığı üzrə 175 ixtisas prioritet olaraq müəyyənləşdirilib və təlimlər iki formatda həyata keçirilib. Proqramlar, həm Dövlət Məşğulluq Agentliyinin tərkibində fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri, həm də əməkdaşlıq edilən müəssisələr vasitəsilə təşkil olunub.

Belə ki, peşə hazırlığı Bakı, Göyçay, Gəncə və Bərdədə yerləşən, o cümlədən Qarabağ Peşə Hazırlığı Mərkəzi daxil olmaqla ümumilikdə 4 mərkəz vasitəsilə həyata keçirilib. Eyni zamanda, əməkdaşlıq edilən müəssisələrin sayı 180-i keçib. Agentlik rəhbəri vurğulayıb ki, prioritet olaraq seçilmiş 175 peşə üzrə hazırlıq proqramları əmək bazarının real tələblərinə uyğun formalaşdırılıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...