Hasil Abbasov: "Azərbaycanda 60 mindən çox boş iş yeri var"

Redaktor

27.01.2026 11:53
69

Hasil Abbasov: "Azərbaycanda 60 mindən çox boş iş yeri var"

Azərbaycanın vakansiya bankında 60 mindən çox yer var.

Valyuta.az xəbər verir ki,  bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri  Hasil Abbasov Dövlət Məşğulluq Agentliyində ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, 2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi xidməti icra edilib:

"Ötən il 1817 vətəndaş kvota çərçivəsində işlə təmin edilib, 10 min 805 nəfərə işsizlikdən sığorta ödənişi verilib".

Qeyd edək ki, işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədilə işəgötürənlərə boş iş yeri üzrə işə götürdükləri işçinin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üzrə xidmət göstərilir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...