Redaktor
Məşhur alman bankı Epşteynə görə peşman olub: "Səhv etmişik"
Almaniyanın ən böyük banklarından biri olan “Deutsche Bank” ABŞ-da azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbs edilən və daha sonra həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynlə apardığı kommersiya fəaliyyətlərinə dair yeni ifşalardan sonra açıqlama yayıb.
Valyuta.az xəbər verir ki, bank baş verən prosesi “səhv” kimi qiymətləndirib.
“Deutsche Bank”ın sözçüsü Alman Xəbər Agentliyinə (DPA) bildirib: “2020-ci ildən bəri dəfələrlə vurğulandığı kimi, bankımız 2013-cü ildə Ceffri Epşteyni müştəri kimi qəbul etməklə səhv etdiyini qəbul edir”.
Sözçü qeyd edib ki, Epşteynin 2019-cu ilin iyulunda həbsindən dərhal sonra səlahiyyətli orqanlarla əlaqə yaradılıb və istintaqa tam dəstək verilib. Maliyyə cinayətləri ilə mübarizə mexanizmlərinin gücləndirildiyini bildirən bank nümayəndəsi əlavə edib:
"Deutsche Bank" bu məsələni nəzarətçi qurumlarla məsləhətləşərək sistemli şəkildə araşdırıb. Həmin vaxtdan etibarən təlim, nəzarət və əməliyyat proseslərinin təkmilləşdirilməsinə mühüm investisiyalar yatırılıb, maliyyə cinayətləri ilə mübarizə nəzarətləri ciddi şəkildə sərtləşdirilib. Keçmişdəki bu iş münasibətinə görə dərin peşmanlıq duyuruq və bu səhvdən nəticə çıxarmışıq".
Bankın baş icraçı direktoru Kristian Zevinq məsələ ilə bağlı daha əvvəlki açıqlamasında qurumun bu hadisədən lazımi dərslər çıxardığını bildirib və əlavə edib: "Təbii ki, bu prosesin əməkdaşlar səviyyəsində də nəticələri olub".
Bununla o, bank daxilində aparılan kadr dəyişikliklərinə işarə edib.
Bankın açıqladığı məlumatlara görə, Epşteyn 2013-cü ilin avqustunda müştəri portfelinə daxil edilib, bu münasibət isə yalnız 2018-ci ilin dekabrında “münasibətlərin dayandırılması prosesi” ilə mərhələli şəkildə sona çatdırılmağa başlanıb.
Bu arada, ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan “Epşteyn dosyaları”na əsaslanan beynəlxalq media məlumatlarında Epşteynin “Deutsche Bank”da 40-dan çox hesab açdığı və sərvətinin əhəmiyyətli hissəsini bu qurum vasitəsilə idarə etdiyi bildirilir.
Alman mediasının yazdığına görə, Alman Qiymətli Kağızlar Sahiblərinin Müdafiəsi Assosiasiyası (DSW) vitse-prezidenti və vəkil Klaus Nidinq banka Epşteynlə bağlı məsələlərdə daha çox şəffaflıq göstərməyə çağırıb.
Nidinq 28 may 2026-cı ildə keçiriləcək “Deutsche Bank”ın illik ümumi yığıncağı ərəfəsində Epşteynlə bağlı bütün maliyyə sənədlərinin və iş münasibətlərinin detallı şəkildə açıqlanmasının vacib olduğunu vurğulayıb: "Şayiələrin bankın nüfuzuna daha çox zərər verməməsi üçün bu sənədlərin təqdim olunması şərtdir".
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Qida məhsullarının bahalaşması davam edə bilər" - VİDEO
11.02.2026Texnologiya müasir avtomobilləri ölüm tələsinə çevirirmi?
11.02.2026"iPhone" dünyanın aktiv smartfon bazasının 1/4-ni tutur
11.02.2026Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib
11.02.2026Azərbaycanda startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb
11.02.2026"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır
11.02.2026"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı
11.02.2026İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub
11.02.2026İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib
11.02.2026"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi
11.02.2026