Mərkəzi Bank sığorta agentinin lisenziyasını ləğv etdi

Redaktor

01.07.2021 13:47
1,251

Mərkəzi Bank sığorta agentinin lisenziyasını ləğv etdi

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24 iyun 2021-ci il tarixli qərarı ilə Səlimov Dövlət Fərman oğluna sığorta agenti fəaliyyətinə verilmiş 05 oktyabr 2018-ci il tarixli, SA-0037 nömrəli lisenziya ləğv edilib.

Valyuta.az Mərkəzi Bankın yaytdığı hesabata istinadən xəbər verir ki, lisenziya, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq, könüllü müraciət əsasında ləğv edilib.

Bundan öncə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə Mustafayev Hamlet Cəmil oğluna sığorta agenti fəaliyyətinə verilmiş 20 sentyabr 2012-ci il tarixli 000754 nömrəli lisenziya ləğv edilib.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Məzənnə

Yüklənir...