Redaktor
Mərkəzi Bank kredit götürmək qaydalarını dəyişir
Banklarda kredit risklərinin idarə edilməsi qaydalarında dəyişiklik edilib.
Bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.
Qərara əsasən, bank müştərinin yazılı müraciəti ilə ona istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə bütün satış kanalları vasitəsilə məhdudiyyət qoymaq imkanı yaratmalıdır.
Müvafiq məhdudiyyət həmin müştərinin bankda fiziki iştirakı, gücləndirilmiş elektron imzası və ya gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təqdim etdiyi yazılı müraciəti əsasında aradan qaldırıla biləcək.
Həmçinin, bank istehlak kreditinin verilməsi zamanı kredit müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə borcalanın tətbiq etdiyi məhdudiyyətin olmamasını öz informasiya sistemi vasitəsi ilə müəyyən etdikdə, məhdudiyyətin olub-olmamasını kredit bürosunun informasiya sistemi vasitəsilə də yoxlamalı və nəzərə almalıdır.
İstehlak krediti üzrə müvafiq məhdudiyyətin mövcud olduğu şəxslə istehlak krediti müqaviləsinin məsafədən bağlanmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə yol verilməyəcək.
Bununla yanaşı, yuxarıda nəzərdə tutulan məhdudiyyəti tətbiq etmiş şəxsdən istehlak krediti müqaviləsinin məsafədən bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi üçün müraciət aldıqda bu barədə müştərini mobil tətbiq və ya SMS məlumatlandırma vasitəsi ilə dərhal məlumatlandıracaq.
Seminar: "İnvestorlar hansı startaplara pul yatırmaq istəyir?"
"Traction Fund" Vençur Fondunun (ABŞ) təsisçisi və investisiya direktoru Ülvi Rəşidin Bakıdakı seminarına qoşulmaq istəyirsiniz? Əlavə məlumat üçün BURA BAXIN.
Məsafədən istehlak krediti müqaviləsinin bağlanması və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsi zamanı müraciət edən şəxs əvvəlcədən məlumatlandırılmaqla vəsaitlər aşağıdakı müddətlərdə veriləcək:
- gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının 2 mislinədək və ya onun ekvivalentinədək olduqda müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 2 saat sonra;
- gün ərzində verilən və ya artırılan vəsaitin məbləği minimum əmək haqqının 2 mislindən və ya onun ekvivalentindən çox olduqda müqavilə bağlandığı və ya müqaviləyə dəyişiklik edildiyi andan 24 saat sonra.
Bundan əlavə, istehlak krediti müqaviləsinə kreditin verildiyi və ya kredit limitinin artırıldığı halda borclunun verilmiş (artırılmış) kredit üzrə öhdəlikdən azad edilməsi ilə bağlı müddəa daxil edilməlidir.
Həmçinin, məsafədən rəsmiləşdirildiyi halda istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına və ya kredit limitinin artırılması ilə bağlı müqaviləyə məsafədən dəyişiklik edilməsinə dair borcalanın tətbiq etdiyi məhdudiyyətin olub-olmaması barədə məlumat da kredit dosyesi ümumi sənədlər siyahısına daxil ediləcək.
Qeyd edək ki, yuxarıda sözügedən bütün qaydalar bank olmayan kredit təşkilatlarına şamil ediləcək.
Məlumat üçün bildirək ki, aprelin 28-də imzalanan qərar oktyabrın 1-də qüvvəyə minəcək.
©Trend.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı
26.06.2026"Swatch Group" "Samsung"a qarşı ticarət nişanı iddiası qaldırıb
26.06.2026İqtisadiyyatdan İT-yə keçən sahibkar ən yaxşı 15 startapdan birini yaratdı
26.06.2026Öz vəsaiti hesabına ipoteka krediti verən banklar - ŞƏRTLƏR
26.06.2026Tənha insanlar niyə daha çox pul xərcləyirlər?
26.06.2026Milyarder olmaq istəyirsiniz? Dünyanın ən varlı 1 faizinin uğur sirlərini öyrənin
26.06.2026Zəif təhsil almasına baxmayaraq uğur qazanmış10 insan
26.06.2026Dünyanın ən bahalı 7 video oyunu
26.06.2026Məktəbli hobbisindən qlobal brendə: 14 yaşlı yeniyetmə necə moda imperiyası qurdu?
26.06.2026"Samsung" Cənubi Koreyada 648 milyard dollarlıq investisiyaya hazırlaşır
26.06.2026Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
26.06.2026