Redaktor
İqtisadiyyatdan İT-yə keçən sahibkar ən yaxşı 15 startapdan birini yaratdı
Türkmənistanın paytaxtı Aşqabaddan olan Tahir Orazdurdıyev iqtisadiyyat sahəsində təhsil almasına baxmayaraq, sonradan IT sektoruna keçərək “Zootel” adlı "PetTech" startapını təsis edib.
Valyuta.az "TheTech"ə istinadən xəbər verir ki, layihə ev heyvanlarına qulluq xidməti göstərən bizneslər və ev heyvanı sahibləri üçün vahid rəqəmsal platforma təqdim edir.
Startapın ideyası “YouTube” platformasında “MrBeast” kanalında evsiz heyvanlara yeni sahiblərin tapılmasına həsr olunmuş videodan ilhamlanaraq yaranıb. Layihənin ilkin mərhələsində məhsulun hazırlanması və bazara çıxarılması gözlənildiyindən daha mürəkkəb olub. Komanda əvvəlcə əsasən frilans layihələrdə birgə çalışmış şəxslərdən ibarət olsa da, startap ekosistemi ilə bağlı təcrübənin azlığı inkişaf tempinə təsir göstərib.
“Zootel” platforması iki əsas auditoriyaya yönəlib. Bizneslər üçün təqdim olunan CRM sistemi ev heyvanlarına qulluq sahəsinin xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb və şirkətlərə biznes proseslərini avtomatlaşdırmağa imkan verir. Ev heyvanı sahibləri isə platforma vasitəsilə qruminq xidmətlərinə yazıla, baytarlıq klinikalarında müayinə üçün qeydiyyatdan keçə və digər xidmətlərdən yararlana bilirlər.
Layihənin inkişafında inkubasiya proqramları mühüm rol oynayıb. Komanda ilk olaraq “Startup Academy TM” inkubasiya proqramında iştirak edərək birinci yerə layiq görülüb. Daha sonra “IT Park Uzbekistan” tərəfindən təşkil olunan “Digital Startup Awards” proqramında iştirak edən “Zootel” ən yaxşı 15 startap sırasına daxil olub və 10 min ABŞ dolları məbləğində mükafat qazanıb. Bununla yanaşı, layihənin ilkin inkişaf mərhələsi şəxsi vəsait hesabına maliyyələşdirilib.
Startapın inkişaf prosesində əsas çətinliklərdən biri güclü komandanın formalaşdırılması olub. Zamanla layihənin komandası demək olar ki, tamamilə yenilənib və hazırda onun tərkibində ideyanın inkişafına tam şəkildə sadiq olan mütəxəssislər fəaliyyət göstərirlər.
Hazırda “Zootel” Özbəkistan bazarında fəaliyyətini genişləndirmək istiqamətində iş aparır. Komanda platformaya yeni şirkətlərin inteqrasiyası ilə bağlı danışıqlar aparır. İlin sonunadək məhsulun inkişaf etdirilməsi, Özbəkistan bazarında mövqeyin gücləndirilməsi, tərəfdaş və istifadəçi sayının artırılması, həmçinin gələcək regional genişlənmə üçün hazırlıq işlərinin davam etdirilməsi planlaşdırılır.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda kredit faizləri son 5 ildə artıb - Regionlar üzrə tam siyahı
26.06.2026"Swatch Group" "Samsung"a qarşı ticarət nişanı iddiası qaldırıb
26.06.2026İqtisadiyyatdan İT-yə keçən sahibkar ən yaxşı 15 startapdan birini yaratdı
26.06.2026Öz vəsaiti hesabına ipoteka krediti verən banklar - ŞƏRTLƏR
26.06.2026Tənha insanlar niyə daha çox pul xərcləyirlər?
26.06.2026Milyarder olmaq istəyirsiniz? Dünyanın ən varlı 1 faizinin uğur sirlərini öyrənin
26.06.2026Zəif təhsil almasına baxmayaraq uğur qazanmış10 insan
26.06.2026Dünyanın ən bahalı 7 video oyunu
26.06.2026Məktəbli hobbisindən qlobal brendə: 14 yaşlı yeniyetmə necə moda imperiyası qurdu?
26.06.2026"Samsung" Cənubi Koreyada 648 milyard dollarlıq investisiyaya hazırlaşır
26.06.2026Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
26.06.2026