Ölüm hökmü ləğv edilən boksçu 217 mln. təzminat aldı

Redaktor

25.03.2025 23:54
231

Ölüm hökmü ləğv edilən boksçu 217 mln. təzminat aldı

Yaponiyada 40 ildən çox müddətdə ölüm hökmü ilə həbsdə saxlanılan və ötən il bəraət alan keçmiş peşəkar boksçu İvao Hakamataya 1,4 milyon ABŞ dolları (təxminən 217 milyon yen) məbləğində təzminat ödənilib. 

Valyuta.Az xəbər verir ki, bu, onun haqsız yerə məhkum olunduğu hər gün üçün təxminən 85 dollar təzminat deməkdir.

1968-ci ildə dörd nəfərin qətlə yetirilməsi işi üzrə ölüm hökmünə məhkum edilən Hakamata dəfələrlə polis tərəfindən sübutların saxtalaşdırıldığını bildirsə də, məhkəmə onun iddialarını rədd edib.

Dünyanın ən uzun müddət ölüm hökmündə saxlanılan məhbusu olan Hakamata yalnız 2014-cü ildə yeni sübutlar əsasında azadlığa buraxılmış və ötən il keçirilən yenidən baxılmış məhkəmədə bəraət almışdı. 

"NHK"nin məlumatına görə, DNT testləri onun məhkum edilməsində əsas sübut kimi təqdim edilən qanlı geyimlərin cinayətdən xeyli sonra hadisə yerinə yerləşdirildiyini üzə çıxarmışdı.

“Məncə, dövlət elə bir səhv edib ki, bu, 200 milyon yenlə düzəldilə bilməz,” – deyə vəkil "NHK"yə bildirib.

Hakamata 1961-ci ildə peşəkar boksçu kimi fəaliyyətini dayandırdıqdan sonra Yaponiyanın mərkəzində yerləşən "Shizuoka" prefekturasında soya məhsulları istehsalı müəssisəsində işə düzəlmişdi. Beş il sonra isə işlədiyi müəssisənin rəhbəri, onun həyat yoldaşı və iki uşağı evlərində bıçaqlanaraq öldürülmüş halda tapıldıqdan sonra Hakamata polis tərəfindən saxlanılmışdı.

O, əvvəlcə ittihamları qəbul etsə də, sonradan ifadəsini dəyişərək polis tərəfindən döyüldüyünü və hədələndiyini, buna görə də etirafa məcbur edildiyini bildirmişdi.

1968-ci ildə keçirilən məhkəmədə iki hakimin lehinə, birinin isə əleyhinə səs verməsi ilə Hakamata ölüm cəzasına məhkum edilmişdi. Əleyhinə səs verən hakim altı ay sonra vəzifəsindən istefa verərək, hökmdə qərarı dayandıra bilmədiyinə görə ruhdan düşdüyünü bildirmişdi.

Rəhim

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11.02.2026

Azərbaycanda startapların maliyyələşməsi ilə bağlı qanun layihəsi hazırlanıb

11.02.2026

"Paramount" "Warner Bros."a görə 2,8 milyard dollar cərimə ödəməyə hazırdır

11.02.2026

"Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı

11.02.2026

İlham Əliyev: Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub

11.02.2026

İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib

11.02.2026

"Spotify”dan rekord artım: 2025-ci ildə 751 milyon istifadəçi

11.02.2026
İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

İmtahana son gün hazırlaşan tələbə iş dünyasında problem yaşayacaq

11.02.2026

Fariz Babayevə yeni vəzifə verildi

11.02.2026

Əgər 2016-cı ildə Uorren Baffettin sərmayələrini izləsəydiniz, bu qədər varlanmış olardınız

11.02.2026

Dövlət mənzil fonduna aid binalar təmir olunacaq - 49 milyonluq layihə

11.02.2026

“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb ®

11.02.2026

Dolları sürətlə mövqelərini itirir: Nə baş verir?

11.02.2026

"Barclays" işçiləri üçün 3 milyard dollar bonus ayırıb

11.02.2026

Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI

11.02.2026

“Klinikanın pasienti məhkəməyə verməsi bəzən imicə zərər vermir”

11.02.2026

Bu rayon və şəhərlərin pensiyaları artımlarla ödəniləcək

11.02.2026

İcra başçısının müavini işdən çıxdı

11.02.2026

AFB Bank gəlir və mənfəət hədəflərini açıqlayıb

11.02.2026

Nəriman ABŞ klubunda bu qədər maaş alacaq - AÇIQLANDI

11.02.2026

Məzənnə

Yüklənir...