“Mən vaz keçdim” və ya hədəflərimizi niyə yarım qoyuruq?
29.04.2025 12:00
1,156

“Mən vaz keçdim” və ya hədəflərimizi niyə yarım qoyuruq?

Kama Ahmad
      Kouç

Bir müddət öncə Almaniyaya köçmək istəyən və dil öyrənməkdə çətinlik çəkdiyi üçün kouçinqə müraciət edən, lakin xidmət almayan bir həkim xanımla bu günlərdə xəbərləşdim. Dedi ki, planlarından vaz keçib.

Bu məni təəccübləndirməsə də düşündürdü: İnsanlar niyə hədəflərindən vaz keçir?

Gəlin Kouç perspektivindən hədəflərimizə çatmaqda bizə mane olan 5 məqamı nəzərdən keçirək:

1. Vizyonun və həyat məqsədinin əskikliyi

Hədəf qoymaq təklikdə həyatımızı dəyişmək üçün bir o qədər effektiv üsul deyil. Hədəf vizyonun bir parçası olaraq təyin olunmalıdır. Bu əskik olduqda insan tam olaraq ümumi şəkli görə bilmir və son nəticəni tam olaraq xəyal edə bilmədiyi üçün də tək-tək səpələnmiş hədəflərini yarım qoya və ya onlardan vaz keçə bilir.

Vizyon minlərlə hissəcikli bütöv mənzərəni əks edən böyük bir pazldırsa, hədəf bu pazlın hissəciyidir.

Yazılı həyat məqsədinin mövcudluğu bizə çatmaq istədiyimiz ayrı-ayrı hədəflərin ümumilikdə nəyə xidmət etdiyini anlamağa kömək edir. İnsanın hədəfləri ümumi həyat məqsədinin parçasıdırsa, o hədəfini yarım qoymayacaq.

2. Dəyərləri unutmaq

Doğru təyin olunmuş hədəf və vizyonun əsası dəyərlərdir. "Mənim üçün əhəmiyyətli olan nədir və məni nə xoşbəxt edir?" sualının cavabı.

Biz hədəflərimizi dəyərlərimiz süzgəcindən keçirmədikdə dəyər və hədəfin toqquşması yaşanır və başladığımızı yarım qoymalı oluruq. Çünki, yolda əhəmiyyətli olanları unutmuşuq. Onlar olmadıqdan sonra isə hər şey anlamsızdır. Bizlər dəyərlərimizi nəzərdən keçirmədən qoyduğumuz hədəflərə çatsaq belə xoşbəxt hiss edə bilmirik.

3. Öhdəliyin yoxluğu

Hədəflərimizə çatmaqda şəxsi məsuliyyət hissi qədər öhdəlik hissi də vacibdir. Öhdəlik hissi yoxdursa, başladığımızı yarım qoyub vaz keçə bilirik. Öhdəlik bizi davam etmək məcburiyyətində qoyan mexanizmdir. Öhdəlik hissinin yaranması üçün ən işlək yol isə hədəfə fokuslanmış Kouç tutmaqdır.

4. Dəyər ödəməyə hazır olmamaq

Hədəflərimizə çatıb arzu etdiyimiz həyatı yaratmağın dəyəri var. Bir çoxumuz təəssüf ki, bu dəyəri ya ödəmək istəmirik, ya da ödəməyə fiziki, mental və maddi hazır deyilik. Ona görə də başladığımızı yarım qoya bilirik.

5.  Dəstək sisteminin əskikliyi

Hədəflərimizə çatmaqda ailəmizin, dostlarımızın və peşəkar dəstək sistemimizin(kouç, mentor, terapevt) əhəmiyyətli rolu var. Onlar bizə həm başlamağa təkan ola bilir, bununla yanaşı yol boyu bizim ən coşğun fanatlarımız, yarım qoymaq istədikdə və vaz keçmək istədikdə isə ehtiyac duyduğumuz gücümüz ola bilir.

Əgər bu 5 məqamı nəzərə alaraq irəliləsəniz, hədəflərinizə çatmaq da, arzuladığınız həyatı qurmaq da daha asan və mümkün olacaq. Uğurlar!

“Mən vaz keçdim” və ya hədəflərimizi niyə yarım qoyuruq?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bir fincan qəhvə ilə daha məhsuldar olmaq mümkündür?

20.07.2026

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr - SİYAHI

20.07.2026

General Motors liderliyindən 4 milyard dollarlıq imperiyaya: Məhəmməd Mənsurun uğur hekayəsi

20.07.2026

Azərbaycan daha bir ölkədən elektromobil almağa başlayıb

20.07.2026

Yeni təyyarə London-Sidney uçuşunu 3 saata endirə bilər: Bu, realdırmı?

20.07.2026

Uğursuz tətbiqlərdən milyardlıq gözəllik imperiyasına: Kim Byung Hoonun uğur hekayəsi

20.07.2026

"ABB"nin keçmiş əməkdaşına agentlikdə yüksək vəzifə verildi

20.07.2026

Sevimli şokolad brendlərinin arxasındakı milyarderlər

20.07.2026

"Ferrari"nin yeni modeli tənqid olunur, amma satış rekordları qırır

20.07.2026

"Strategy" bu günədək 63 milyardlıq "Bitcoin" alıb

20.07.2026

TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda ®

20.07.2026

"Azərenerji" 17,4 milyon manatlıq iki layihə həyata keçirəcək

20.07.2026

Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir ®

20.07.2026

Dünya çempionu olan İspaniya neçə milyon qazandı?

20.07.2026

Azərbaycan qonşu ölkələr arasında sabit genişzolaqlı internet sürətinə görə liderdir

20.07.2026

Azərbaycanda beynəlxalq bazarlara çıxış əldə etmiş startapların sayının artırılması hədəflənir

20.07.2026

Dünya Bankının Azərbaycan üzrə rəhbəri dəyişib

20.07.2026

Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır

20.07.2026

İşsizlərin məşğulluğunun təmin edilməsi üçün süni intellektə əsaslanan xidmətlər yaradılacaq

20.07.2026

"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" yeni qanun layihəsi hazırlanacaq - SƏRƏNCAM

20.07.2026

Məzənnə

Yüklənir...