Redaktor
Lari Ellisonun proqram təminatı 49 milyard dollar itirib
2026-cı ildə "Oracle"un həmtəsisçisi və texnologiya direktoru Lari Ellisonun sərvətindən 49 milyard dollar silinib.
"Oracle" səhmlərinin 5% ucuzlaşması ilə onun sərvəti təxminən 9 milyard dollar azalaraq 200 milyard dollardan aşağı düşüb. Bloomberg Milyarderlər İndeksinə görə, ilin əvvəlində 247 milyard dollar olan sərvəti 199 milyard dollara enib.
"Oracle" və digər proqram təminatı şirkətlərinin səhmləri, yeni süni intellekt alətlərinin müştəri tələbatını azalda biləcəyi qorxusu ilə kəskin dəyər itirib. Keçən həftə "Anthropic" şirkəti hüquq, satış, maliyyə, marketinq və məlumat təhlili üzrə korporativ vəzifələri avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş "Claude Cowork" süni intellekt agentinə pluginlər təqdim etdikdən sonra investorlar proqram təminatı səhmlərini satmağa başlayıb.
Bu cür alətlər şirkətlərin "Adobe", "Salesforce", "Intuit" və "Atlassian" kimi sənaye nəhənglərindən əlavə proqram təminatı alma ehtiyacını azalda bilər. Bu şirkətlərin səhmləri həftənin əvvəlində ucuzlaşsa da, çərşənbə günü bir qədər bərpa olunub. Bəzi investorlar satışın həddindən artıq olduğunu düşünüb.
Bloomberg-in məlumatına görə, Lari Ellison çərşənbə günü sərvət itkisi yaşayan bir neçə böyük texnologiya rəhbərindən biri olub.
"Oracle" süni intellekt sahəsində böyük iddialarla "Nvidia" və "OpenAI" kimi əsas oyunçularla tərəfdaşlıq edərək texnologiyanın işləməsi üçün tələb olunan məlumat mərkəzlərinin əsas təchizatçılarından biri olmağa çalışır.
Lakin şirkətin bu sahəyə aqressiv sərmayələri və artan borcu, onun maliyyə baxımından özünü aşırı riskə atdığı ilə bağlı narahatlıqlar yaradıb.
2023-cü ilin noyabrın 30-na olan məlumata görə, "Oracle"un "qalıq icra öhdəlikləri" – yəni hələ gəlir kimi tanınmayan müqavilə üzrə satışları – illik müqayisədə 438% artaraq 523 milyard dollara çatıb. Bu göstərici ötən maliyyə ilində əldə etdiyi 53 milyard dollarlıq gəlirin təxminən on qatına bərabərdir.
“Böyük tənəzzül” filmindəki rolu ilə tanınan və hazırda "Oracle"un səhmlərinə qarşı mərc edən Maykl Börri bu barədə belə deyib: “Oracle” bunu etməyə ehtiyac duymurdu. Mən bunun səbəbini anlamıram. Onun əla biznesi var idi.”
O, ötən ay yazdığı paylaşımda əlavə edib: “Onun hazırkı mövqeyi və etdiyi sərmayələr xoşuma gəlmir. Şirkət izahı çətin və ehtiyac olmayan addımlar atır. Ola bilər ki, bütün bunlara eqo səbəb olub.”
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərSüni intellektin fakturası telefonlara ötürülür: Populyar modellər bahalaşır
13.03.2026Araşdırmaya vaxtı olmayanlar üçün Uorren Baffetin 6 investisiya məsləhəti
13.03.2026Google çoxlu sayda universitet diplomu olmayan insanları işə götürür
13.03.2026AYNA: 83 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
13.03.2026Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
13.03.2026"Nvidia": Gələcək videokartlar indikilərdən milyon dəfə sürətli olacaq
13.03.2026"Jo Malone" brendinin sahibi Co Maloneyə qarşı iddia qaldırdı
13.03.2026Avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
13.03.2026Üç dəfə iflas etdi, dördüncü cəhddə 50 milyonluq brend qurdu
13.03.2026
İnvestisiya şirkətlərinin əməliyyat sayına görə RENKİNQİ
13.03.2026"İxtisarlar edərək insanları işsiz qoymaq təşəbbüsləri narahatlıq doğurur" - Komitə sədri
13.03.2026Reabilitasiya mallarının alınması üçün 16 milyon manat ayrılıb
13.03.2026Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim ®
13.03.20261 trilyon dollarlıq hüquq bazarında yeni investisiya dalğası: “Harvey” startaplara maliyyə ayırır
13.03.2026"Binance" ABŞ-da Anti-Terrorizm Aktı üzrə məhkəmədə iki həftə ərzində ikinci böyük hüquqi qələbəsini qazandı
13.03.2026
Regionlar üzrə kredit faizləri - İllik müqayisə
13.03.2026“Sunday” startapı 165 milyon dollar investisiya alıb
13.03.2026Naxçıvanda orta aylıq nominal əməkhaqqı 812 manat olub
13.03.2026"Microsoft"un əsas rəhbərlərindən Rajeş Jha 30 ildən sonra vəzifəsindən ayrılır
13.03.2026